Uca Allah oruc haqqında buyurub::

“Ey iman gətirənlər! Sizdən əvvəlkilərə fərz qılındığı kimi oruc tutmaq sizə də fərz qılındı ki, bununla qorunasınız”.

“Bəqərə” surəsi, 2/183

QURAN VƏ ELM: GÖY ÜZÜNDƏKİ ORBİTLƏR

“Dünyadakı bütün hadisələr həyatı və müxtəlifliyi mümkün edəcək şəkildə yaradılıb”.

Din.az Türkiyənin “hurriyet.com.tr” saytına istinadən Əmrə Dormanın məqaləsini sizə təqdim edir:

“Gecəni, gündüzü, Günəşi və Ayı yaradan Odur. Hər biri öz orbitində hərəkət edirlər”. (“Ənbiya” surəsi, 33)

Günəşin, Ayın, Dünyanın hərəkətləri çox incə nizamla, həyata mənfi təsir göstərəcək heç bir hal baş vermədən davam edir. Dünyadakı bütün hadisələr həyatı və müxtəlifliyi mümkün edəcək şəkildə yaradılıb. Dünya, Günəş ətrafında maili vəziyətdə dövrə vurur. Bu maillik 23 dərəcə 27 dəqiqədir. Həmin maillik sayəsində dünyamızda fəsillər yaranır.

Hər fəslin fərqli tabloları, bitkilərin böyümə nizamı bu maillik nəticəsində mümkündür. Dünyamızın öz oxu ətrafında fırlanması ekvatorda saatda 1670 km sürətə çatır. Bu sürət nəhəng göy cismi üçün inanılmaz sürətdir. Halbuki saatda 20 km sürətlə hərəkət edən son model avtomobilin içində olduqda da hərəkətdə olduğumuzu asanlıqla hiss edirik. Buna baxmayaraq, Dünyanın həm öz oxu ətrafında, həm də Günəşin ətrafında qət etdiyi hərəkət sürətini qətiyyən hiss etmədən yaşayırıq. Dünya öz oxu ətrafında hərəkət etməsəydi, Günəşə doğru olan tərəfi daim gündüz, digər tərəfi isə daim gecə olardı. Belə bir dünyada nə bitkilər, nə də başqa canlı aləm mövcud olardı. Günəşin, Ayın və Dünyanın hərəkətləri heç bir qarışıqlıq və qüsur olmadan davam edir. Günəş sistemində bütün incəliklər yüksək nizamla planlaşdırılıb. Kainatın hansı hissəsinə nəzər yetirsək, möhtəşəm yaradılışın, incə hesabların və ilahi sənətin şahidi olarıq. Burada mühüm olan, insanların Allahın yaratma sənəti haqqında düşünməsidir.

MÜZAKİRƏ

Bir Cevap Yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Din.Az - yaradandan yaradılana...