Uca Allah oruc haqqında buyurub::

“Ey iman gətirənlər! Sizdən əvvəlkilərə fərz qılındığı kimi oruc tutmaq sizə də fərz qılındı ki, bununla qorunasınız”.

“Bəqərə” surəsi, 2/183

QURAN VƏ ELM

Bir çox tutarlı elmi iddialar Quranı haqlı çıxarıb.

“KAİNATI (GÖYÜ) QÜVVƏTİMİZLƏ YARATDIQ. ŞÜBHƏSİZ Kİ, ONU GENİŞLƏNDİRİRİK (“ZARİYAT” SURƏSİ 47)

Necə kainatda yaşadığımız tarix boyu insanları maraqlandırıb. Kainatın əsası, quruluşu və mövcud olması ilə bağlı bir çox iddialar ortaya atılıb. Tarixdə çox az mövzu bu qədər çox müzakirə edilməsinə baxmayaraq, müəyyən ortaq fikir əldə edilməyib.

Aristotel, Bartalameo, Cordano Bruno, Telesio Patrizzi, Qalileo Qaliley və İsak Nyuton kimi qərb elminin ən böyük dühalarının apardıqları müşahidələr, ortaya qoyduqları formullar və elmi məşğuliyyətlərilə kainatın məhdud, qeyri-məhdud, əzəli və ya əbədi olduğunu iddia etmiş, lakin heç biri genişlənən dinamik kainat modelini ehtimal etməyib.

XX əsrdə Edvin Habl özünün teleskopu ilə apardığı müşahidələrində bütün ulduz yığınlarının sürətlə bir-birlərindən uzaqlaşdığını müəyyən etmiş, beləliklə, genişlənən dinamik kainat modeli fikrini irəli sürüb.

İrəli sürülən bu həqiqət bir daha Quranı tarixi fikirlər və elmin iddiaları qarşısında haqlı çıxarıb. Kainatın genişləndiyi ilk dəfə 1900-cü illərdə irəli sürülüb. 1900-cü illərdən əvvəl isə Quran xaricində bu həqiqəti bildirən başqa mənbə yoxdur.

Fales, Platon və Bartalameonun düşüncə mirasına sahib qədim Yunanıstan, Kopernik, Keplər, Qalileo və Nyutonlı orta əsrlər, Dekart və Kantla yeni dövr, bəşər tarixindəki dühaların heç biri genişlənən kainatda olduğumuzu bildirməyib.

Lakin Quran irəli sürdüyü bütün iddialarda tarix boyu haqlı çıxdığı kimi, daim genişlənən dinamik kainatda olduğumuzla bağlı iddiasında da haqlı çıxaraq həqiqətən görmək istəyən ağıllara və vicdanlara möcüzəvi yönlərindən birini göstərib.

Din.az Türkiyənin “hurriyet.com.tr” saytına istinadən

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...