Uca Allah oruc haqqında buyurub::

“Ey iman gətirənlər! Sizdən əvvəlkilərə fərz qılındığı kimi oruc tutmaq sizə də fərz qılındı ki, bununla qorunasınız”.

“Bəqərə” surəsi, 2/183

QURANA DƏSTAMAZSIZ TOXUNMAQ, OXUMAQ VƏ YA QULAQ ASMAQ OLAR?

“Quranı oxuyacağın zaman qovulmuş şeytandan Allaha sığın” (“Nəhl” surəsi, 98).

Din.az Türkiyənin “hurriyet.com.tr” saytına istinadən Əmrə Dormanın məqaləsini sizə təqdim edir:

Əsasən xalq arasında ən çox yayılan və doğru qəbul edilən səhvlərdən biri də dəstamazsız Quranı oxumağın, hətta ona toxunmağın doğru olmaması fikridir. Habuki Quran ayələrini diqqətli oxuduqda, yalnız namaz qılmaq üçün dəstamaz alınmasının zəruri olduğunun vurgulandığını və bunun xaricində heç nə üçün dəstamaz almağın vacib olmadığını asanlıqla görə bilərik.

Ayələrdə Quranı oxumazdan əvvəl qovularaq daşlanmış şeytandan Allaha sığınmağımız bildirilir:

“Quranı oxuyacağın zaman qovulmuş şeytandan Allaha sığın” (“Nəhl” surəsi, 98).

Bilindiyi kimi bu, Quran oxumağa başlamazdan əvvəl “bəsmələ” yaxud “əuzu bəsmələ” oxumaq şəklində olur. Quranı oxumazdan əvvəl şeytandan Allaha sığınmağımızı buyuran Allah lazım bilsəydi, Quran oxumazdan və ya Qurana toxunmazdan əvvəl dəstamaz almağımızı da bildirərdi.

Quran oxumazdan əvvəl dəstamaz aldırılması zəruri olan insanın bədəni deyil, zehnidir. Zehnindəki mənfi düşüncələrdən və şeytani vəsvəsələrdən uzaq olaraq Allahı xatırlamağın ən gözəl yolu Quranı oxumaqdır.

Belə inanclar səbəbilə bir çox insan Quran oxumaqdan uzaqlaşır, dəstamazı olmadan Qurana toxunduğu zaman günaha düşəcəyinə inanır. Halbuki əsas günah bəşəriyyətin doğru yol rəhbəri və Allahın ən böyük möcüzələrindən biri olan Qurandan uzaq olmaqdır.

Dəstamazının olub-olmamasına baxmadan, mümkün olan hər an Quranı oxumalı, başa düşməli, onunla yaşamalıyıq. Quran oxuyarkən dəstamazlı olmaq zəruri olmadığı kimi Qurana qulaq asarkən də dəstamazlı olmaq zəruri şərt deyildir. Dəstamaz alaraq Quran oxumaq, yaxud qulaq asmaq istəyən, eləcə də bu şəkildə özünü daha yaxşı hiss edən bir şəxs, istəsə dəstamaz ala bilər. Lakin bu hal həmin insanın şəxsi seçimidir. Bunu əsas götürərək, “dəstamazlı halda Quran oxumaq, və ya qulaq asmaq daha yaxşıdır” şəklində ümumi və dini nəticə çıxarmaq mümkün deyildir. Dini mövzuda lazım olan hər şeyi yalnız Allah bilir və bildirir.

MÜZAKİRƏ

Bir Cevap Yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Din.Az - yaradandan yaradılana...