Uca Allah Buyurur:

İnsanlara yaxşı olmağı əmr edib özünüzü yaddan çıxarırsınız, eləmi? Bir də Kitabı oxuyursunuz. Heç ağlınızı işlədirsiniz?

Bəqərə surəsi, 44

“Quranda Bakı nefti və Azərbaycan xalçasından bəhs edilir” – ƏRƏBŞÜNAS ALİMDƏN GÜLÜNC İDDİA – ŞƏRH

Alimin Azərbaycan haqqında dedikləri saxta fikirlər…

Ərəbşünas alim S. Nəsirov Qurani – Kərimdə Azərbaycan xalçası və Bakı neftindən bəhs edildiyini iddia edib.

Din.az bildirir ki, Misirdə Azərbaycan Diasporunun sədri, “Halqa” Xeyriyyə Fondunun icraçı direktoru, ərəbşünas alim Seymur Nəsirov 2017-ci ilin sonlarında Azərbaycana səfəri əsnasında publika.az saytına verdiyi müsahibədə Qurani-Kərimdə “Azərbaycan” sözünün olduğunu və Bakı neftindən söz açıldığını bildirmişdi. Bu barədə çox saylı suallar yarandığından ətraflı məlumat almaq üçün sayta yenidən müsahibə verib.

S.Nəsirovun sözlərinə görə, 20 ildən çoxdur ki, Misir kitabxanaları və ərəb mənbələrində Azərbaycanla bağlı tədqiqatlar aparır. Müsahibəsində S. Nəsirov bildirib:

“Qurani-Kərimin “Ğaşiyə” surəsinin 16-cı ayəsini şərh edən tunisli böyük alim İbn Aşur öz mötəbər “əl-Təhrir və əl-Tənvir” əsərində buyurur ki, “zərabiy” əslində “zərbiyə”nin cəmidir. “Zərbiyə” də “əzribiyədir”. “Əzribiyə” isə Azərbaycana mənsubdur. Ərəb dilində “azərbaycanlı” sözü üç cür yazılır əzribi, əzəri və əzərbaycani. Əl-Səmanin “əl-Ənsəb” kitabında göstərilir ki, Xətib Təbrizinin müəllimi ondan hansı dildə danışdığını soruşduğu zaman o bildirib ki, Azərbaycan əhalisinin dili olan “Əzribiyyə” dilində danışır”.

“Ğaşiyə” surəsinə baxanda görürük ki, زَرَابِيُّ – Zərabiyyu sözü keçir. Ərəb dilində Azərbaycan sözü isə أذربيجان olaraq yazılır. Burada keçən “Z” hərfi fərqli hərflərdir.
İkincisi, ayədə hər hansı bir ölkədən də bəhs edilmir. Ayədən keçən زَرَابِيُّ(zərabiyyu) cənnətdə döşəmələrə sərilmiş xalça mənasında işlədilir. Bu xalçaların Azərbaycan xalçasına bənzədiliyini düşünsək, belə öncə düşünməliyik ki, o dövrdə Azərbaycan adlı bir dövlət olubmu? Və ya dilinin azəri olması ilə bağlı bir məlumat varmı? Ümumiyyətlə əzribi kəlməsinin Azərbaycan olduğunu düşünsək, bunun Azərbaycana məxsus xalça olmasını haradan çıxarırıq? O zaman hər ölkənin adının əsas hərflərini yazmaq o ölkənin xalçasınamı işarə edir? Niyə ölkəyə məxsus başqa bir şeyə işarə etməsin? Bu zorlama bir şəkildə məna verməkdən başqa bir şey deyil.
Daha sonra S. Nəsirov sözlərinə davam edir:

“İbn Aşur öz “əl-Təhrir və əl-Tənvir” əsərində Qurani-Kərimin əl-Kəhv surəsinin 86-cı ayəsini şərh edərkən buyurur: “Bu ayədəki “Əynin Həmiətin” sözülərinin mənası qara palçığa qarışmış çeşmədir. Görünür ki, bu quyular Xəzər dənizi sahilində, Bakı şəhərində olan neft quyularıdır və hazırda da orada neft quyuları vardır…”, – deyə bilidirib.

Ərəbşünas alimin palçığa qarışmış çeşmənin sadəcə Bakıda olduğunu düşünməsi də qəribə bir haldır.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...