"Cümə" surəsi, 62/9

“Ey iman gətirənlər! Cümə günü namaza çağırılanda Allahı yad etməyə tələsin və ticarəti dayandırın. Bilsəniz, bu sizin üçün nə qədər xeyirlidir!”

QURANDAKI MÜSƏLMAN NECƏ İNSANDIR?

Share Button

 DÜŞÜNÜR: İnsan düşünən, mühakimə edən və ağılla hərəkət edəndir. ELM: İnsan həm Allahın nazil etdiyi ayələri, həm də kainatda yaratdığı işarələri nəzərə alandır. Elmə və elmi düşüncəyə əhəmiyyət verəndir. MƏNFƏƏT: İnsan dini, dünya işlərinə alət etməyən, din vasitəsilə mənfəət əldə etməyən, qarşılığı yalnız Allahdan gözləyəndir. DÜRÜSTDÜR: İnsan doğru və gözəl söz deyən, davranışları ilə nümunə olandır. COMƏRD: İnsan səxavətli, əxlaqlı və düzgün olandır. NƏFS: İnsan Allahın hədlərinə tam […]

 DÜŞÜNÜR: İnsan düşünən, mühakimə edən və ağılla hərəkət edəndir.

ELM: İnsan həm Allahın nazil etdiyi ayələri, həm də kainatda yaratdığı işarələri nəzərə alandır. Elmə və elmi düşüncəyə əhəmiyyət verəndir.

MƏNFƏƏT: İnsan dini, dünya işlərinə alət etməyən, din vasitəsilə mənfəət əldə etməyən, qarşılığı yalnız Allahdan gözləyəndir.

DÜRÜSTDÜR: İnsan doğru və gözəl söz deyən, davranışları ilə nümunə olandır.

COMƏRD: İnsan səxavətli, əxlaqlı və düzgün olandır.

NƏFS:
İnsan Allahın hədlərinə tam səmimiyyətilə əməl edən, hədlərini aşmaqdan, nəfsinə və şeytana tabe olmaqdan Allaha sığınandır.

İRADƏ: İnsan iradəsinə hakim olan və davranışlarının əxlaqi məsuliyyətini öz üzərinə götürmə şüuru ilə hərəkət edəndir.

HAQSIZLIQ: İnsan Haqqın və haqlının yanında olan, haqsızlıqlara qarşı ayaq üstə möhkəm dayanandır.

SÜLH: İnsan sülhü əsas götürəndir.

YALAN: İnsan yalandan və hər cür çirkin işlərdən üz döndərəndir.

ƏDALƏT: İnsan ədalətli olan, yaxınlarının əleyhinə də olsa ədalətdən uzaqlaşmayandır.

LƏYAQƏT: İnsan işlərin əhlinə verilməsinin zəruriliyini dərk edəndir.

FİKİR: İnsan “mənim bildiyim və dediyim doğrudur” deməyən, insanlarla fikir mübadiləsi aparan, başqalarının fikirlərinə də dəyər verəndir.

HƏDSİZLİK: İnsan hədsizliklərdən uzaq olan, dünya və axirət arasında nizam yaradan, ikili münasbətlərdə, sevgidə, qəzəb anında və lazım gəldikdə reaksiya göstərmədə müəyyən həddi biləndir.

BÖLÜŞMƏ: İnsan əlində olanları ehtiyac sahiblərilə bölüşən və qarşılıqlı yardım edəndir.

MƏSULİYYƏT: İnsan başqalarının problemlərini özünə dərd edən, bunları həll etmək üçün aktiv olandır.

QORXU: İnsan qınayanın qınamasından qorxmayandır.

BƏYƏNMƏ: İnsan özünü başqalarına deyil, Allaha bəyəndirməyi düşünəndir.

ARAŞDIRMA: İnsan çox yaxşı dərk edən, qulaq asan və ona əsasən hərəkət edəndir.

BAXIŞ: İnsan empatiya hissinə malik olandır. Dayandığı yeri mübahisəsiz doğru qəbul edən deyil, hadisələrə əks tərəfin gözü ilə də baxa biləndir.

NİFRƏT: İnsan nifrət deyil, sevgi və mərhəmət dilindən istifadə edəndir.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir