Uca Allah Buyurur:

Bəndəmizə (Muhəmmədə) hissə-hissə göndərdiyimizdən şübhəniz varsa, Allah ilə aranıza qoyduğunuz ulu adamlarınıza da yalvararaq ondakına bənzər bir surə gətirin! İddianızda haqlısınızsa, edərsiniz!

Bəqərə surəsi, 23

Qurandan ayələrin çıxarılmasını istəyən fransızlara Türkiyədən sərt cavab

Qurani Kərimdən bəzi ayələrin çıxarılması tələb edildi.

Türkiyənin Avropa Birliyi naziri Ömər Çelik 300-ə yaxın fransız yazar və siyasətçinin Qurani Kərimdən bəzi ayələrin çıxarılmasını istəməsinə sərt cavab verib.

Din.az bildirir ki, nazir həmin şəxslərin İŞİD-lə qohum olduqlarını və terrorçuların ideologiyasına dəstək verdiklərini söyləyib.

“300 fransız yazar və siyasətçi “şiddət və yəhudi düşmənliyini təbliğ edir” iddiası ilə Qurani Kərimdən bəzi ayələrin çıxarılmasını istəyiblər. Aralarında Nikola Sarkozi (keçmiş Fransa prezidenti – red.) də var. Bu şəxslər barbar və əxlaqsız istəklə İŞİD-lə və onların əsassız ideologiyası ilə qohum olduqlarını elan etdilər. Bu istək Avropanın mərkəzində barbarlığın geniş vüsət aldığını göstərir. Bəşəriyyətin rəhbəri Qurani Kərimdən insanlara qarşı fanatizm və şiddət çıxaran İŞİD nədirsə, bu 300 fransız da odur!”, – deyə nazir Tvitterdə yazıb.

Qeyd edək ki, aprelin 21-də Fransanın gündəlik nəşr olunan “Le Parisien” qəzetində 300 fransız yazar və siyasətçi Qurani Kərimdən bəzi ayələrin çıxarılmasını istəyən bəyanat yayıblar. Bəyanat müsəlman dünyasında böyük etirazlara səbəb olub.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...