Uca Allah Buyurur:

Onlara: «Allahın endirdiyinə tabe olun» deyilsə, «Xeyr! Biz atalarımızı hansı yolda görmüşüksə, ona tabe olacağıq!» deyirlər. Bəs ataları ağıllarını bir şeyə işlətməmiş və düz yola da daxil olmamışdılarsa, yenə tabe olacaqlar?

Bəqərə surəsi, 170

Qurani-Kərim və Muhəmməd (s) təhqir edildi 

“Məscidə qarşı edilən hücum utanc verici bir aksiyadır”.

Hollandiyada antiislam və antimiqrant hərəkatı “Pegida”-ya mənsub bir qrup “As Soennah” məscidinin qapısına Qurani-Kərim və Muhəmmədi (s) təhqir edən plakat və maket qoyub.

Din.az Moderator.az-a istinadən xəbər verir ki, Hollandiyanın Haaqa şəhərində baş verən hadisədən sonra bölgədəki müsəlmanların qorxmağa başladığını söylənilib. Haaqa Bələdiyyə başçısı Pauline Krikke hücum sonrasında etdiyi mətbuat açıqlamasında “Məscidə qarşı edilən hücum utanc verici bir aksiyadır. Narahat edici plakatın və maketin yerləşdirildiyi xəbərini kədərlə qarşıladım” deyib.

Hollandiyada hər kəsin dinini, ya da həyat fəlsəfəsini sərbəst istifadə etmə hüququnun olduğunu vurğulayan Krikke “Haaqada bir-birimizə ancaq qanun çərçivəsində və bir-birilərinin fikirlərinə hörmət göstərərək lazımsız yerə zərər verməmək haqqımız var” ifadəsini işlədib.

 

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...