Uca Allah Buyurur:

Bəndəmizə (Muhəmmədə) hissə-hissə göndərdiyimizdən şübhəniz varsa, Allah ilə aranıza qoyduğunuz ulu adamlarınıza da yalvararaq ondakına bənzər bir surə gətirin! İddianızda haqlısınızsa, edərsiniz!

Bəqərə surəsi, 23

Qurani-Kərimi gözəl oxuyanların adları bəlli oldu – VİDEO

“Qurani-Kərimi Gözəl Oxuma Müsabiqəsi” izləyicilərə Quran ziyafəti yaşadıb.

TRT 1-də böyük rəğbətlə izlənilən “Qurani-Kərimi Gözəl Oxuma Müsabiqəsi”nin final gecəsi keçirilib.

Din.az “A24.az”a istinadən bildirir ki, Türkiyə televiziya tarixində ilk dəfə keçirilən “Qurani-Kərimi Gözəl Oxuma Müsabiqəsi” Ramazan ayı ərzində izləyicilərə həqiqi mənada Quran ziyafəti yaşadıb.

21 iyunda müsabiqənin final gecəsi yaşanıb. Münsiflərin və tamaşaçıların verdiyi xallarla yarışmanın qalibi müəyyən edilib. Beləliklə, “Qurani-Kərimi Gözəl Oxuma Yarışması”nda birinci yeri Mustafa Altın adlı iştirakçı qazanıb. Mükafat olaraq müsabiqənin iştirakçısına 50 ədəd qızıl verilib.

İkinci yeri isə Şükrü Asıleren adlı iştirakçı qazanaraq 20 ədəd qızılın sahibi olub. Osman Bostancı adlı iştirakçı isə üçüncü yerdə qərarlaşaraq 20 ədəd qızılın sahibi olub.

Müsabiqənin sonunda Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan anidən salona gəlib və yarışmanın qonağı olub. Ərdoğan yarışmada yer tutanların mükafatlarını özü təqdim edib.

MÜZAKİRƏ

Bir Cevap Yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Din.Az - yaradandan yaradılana...