Uca Allah Buyurur:

Bəndəmizə (Muhəmmədə) hissə-hissə göndərdiyimizdən şübhəniz varsa, Allah ilə aranıza qoyduğunuz ulu adamlarınıza da yalvararaq ondakına bənzər bir surə gətirin! İddianızda haqlısınızsa, edərsiniz!

Bəqərə surəsi, 23

“Qurani-Kərim”in nazil olduğu yazı nüsxələrinin sərgisi açıldı

1917-ci ildə Dəməşqdə baş vermiş yanğından xilas edilən nüsxələr VIII və IX əsrlərə aiddir.

Suriyanın paytaxtı Dəməşqdən tapılan “Qurani-Kərim”in nazil olduğu ilk dövrlərə aid “Kifi” yazı növü nüsxələri İstanbulda sərgilənir.

“Möcüzə kitabının möhtəşəm xətti: Kifi” adlı sərgi Türk və İslam Əsərləri Muzeyində açılıb. 94-dək “Qurani-Kərim” nüsxəsinin nümayiş olunduğu sərgidə, həmçinin Xilafət və Osmanlı dövrlərinə aid nüsxələr də nümayiş olunur.

1917-ci ildə Dəməşqdə baş vermiş yanğından xilas edilən müqəddəs nüsxələr VIII və IX əsrlərə aiddir. Sərgidə təqdim olunan “Qurani-Kərim”in ilk nüsxələri Türk və İslam Əsərləri Muzeyinin yaradıcı heyəti tərəfindən İstanbula gətirilib və hazırda muzeyin ekspozisiyasında “Dəməşq sənədləri kolleksiyası” kimi qorunur.

Yerli və xarici turistlərin ziyarəti üçün açıq olacaq sərgi mayın 30-dək davam edəcək.

Qeyd edək ki, “Kifi” yazı növü ərəb yazısının düz, yerli xətlərlə yazılan köhnə forma və islamiyyətin ilk əsrlərində “Himyeri” yazısının dəyişməsi ilə yaranan dik, sərt və künclü yazı növü olaraq tanınır. İslam xətt sənətində ən qədim yazı növü olan “Kifi” xətt adını Küfə şəhərinin adından götürüb.

MÜZAKİRƏ

Bir Cevap Yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Din.Az - yaradandan yaradılana...