Uca Allah Buyurur:

Bəndəmizə (Muhəmmədə) hissə-hissə göndərdiyimizdən şübhəniz varsa, Allah ilə aranıza qoyduğunuz ulu adamlarınıza da yalvararaq ondakına bənzər bir surə gətirin! İddianızda haqlısınızsa, edərsiniz!

Bəqərə surəsi, 23

Quranı yandıran İslam əleyhinə hərəkatın liderinə hücum oldu – VİDEO

Polislərin xəbərdarlığına baxmayaraq, SIAN rəhbəri Lars Torsen Quranı yandırıb.

Norveçdə İslam əleyhinə hərəkatın liderinə hücum olub.

RT-nin məlumatına görə, hadisə “Norveçin İslamlaşmasını dayandırın” (SIAN) şüarı altında keçirilən mitinq zamanı baş verib.

Bildirilib ki, polislərin xəbərdarlığına baxmayaraq, SIAN rəhbəri Lars Torsen Quranı yandırıb. Nəticədə kənarda duran tamaşaçılardan bəziləri meydana atılıb və onu döyüb. Hüquq-mühafizə orqanlarının əməkdaşlarının işə qarışmasından sonra Torsen və hücumçular saxlanılıb.

O da vurğulanıb ki, mitinq yerli hökumətlə razılaşdırılmış şəraitdə keçirilib. Ancaq hüquq-mühafizə orqanlarının aksiyaçılara müqəddəs kitabın təhqirinə yol verməmək barədə göstərişi olub. Bununla belə, nümayiş zamanı bir neçə Quran cırılıb, sonuncusu isə yandırılıb.

Norveçin müsəlman liderləri “nifrət zəminində cinayət” ittihamı ilə bağlı SIAN-a qarşı iddia qaldırmaq fikrindədirlər.

//baku.tv/az/dunyaa/11170/

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...