Uca Allah Buyurur:

İnsanlara yaxşı olmağı əmr edib özünüzü yaddan çıxarırsınız, eləmi? Bir də Kitabı oxuyursunuz. Heç ağlınızı işlədirsiniz?

Bəqərə surəsi, 44

Quranı yandırmaq istədi, polis işə qarışanda müqəddəs kitabı zibilliyə atdı – VİDEO

“Qurani-Kərim”ə qarşı təxribat törətmək istədilər.

Norveçdə “Norveçin İslamlaşmasını Dayandırın” (SION) qrupu İslamın müqəddəs kitabı sayılan “Qurani-Kərim”ə qarşı təxribat törətməyə çalışıb.

Din.az bildirir ki, Norveçin NRK telekanalının məlumatına görə, hadisə miqrantların çoxluq təşkil etdiyi Kristiansand şəhərində baş verib.

Qrupun lideri Arne Tumir müqəddəs kitabı yandırmaq istəyib. Ancaq polis buna mane olub. Bundan sonra o, iki ədəd “Qurani-Kərim”i zibil qutusuna atıb.

Norveçli fəallardan və müsəlmanlardan təşkil olunmuş 500 nəfərdən ibarət başqa qrup isə Tumirin bu hərəkətinə sərt etiraz ediblər. (oxu.az)

//baku.tv/az/dunyaa/11099/

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...