Fatihə surəsi, 6 və 7-ci ayə

Bizi doğru (düz) yola yönəlt! Nemət verdiyin kəslərin yoluna! Qəzəbə düçar olmuşların və (haqdan) azmışların (yoluna) yox!

“Quranın mesajını verdiyim üçün mənə hücum edirlər”

Share Button

Bu çevrilişə abdestli, dualı, cevşenli çevriliş demək lazımdır…

Mustafa İslamoğlu “Hilal TV”nin “Gündəm” verilişində iftiralara cavab verib.

“Din.az” ilahiyyatçı Mustafa İslamoğlunun danışıqlarından sətir başlıqlarını təqdim edir:

Mənə hücum edənlərlə FETÖ eyni qaynaqdan bəslənirlər. Mənə gücləri çatdığı üçün mənə zərbə vururlar. Millətə gücləri çatsa millətə edəcəklərdi.

Çevrilişə cəhd edilən gecə xalqa atəş açmayan əsgərləri palkovnik “atəş açmayana Peyğəmbərimiz şəfaət etməz” deyərək inandırmağa çalışıb. Unutmayın, qardaş və bacılar da çevrilişin  duasındadırlar. Cevşen oxuyurlar. Mənə şiə və iran meyilli deyən bu adamlar şiələrin rəvayəti olan cevşeni oxuyurlar.

Bu çevrilişə abdestli, dualı, cevşenli çevriliş demək lazımdır.

Bunların dərdi Mustafa İslamoğlu deyil. Mustafa İslamoğlunun həyatı da sizdən fərqli deyil. Bunların dərdi maskalarını üzlərindən çıxaran Quran ilədir… Quran ilə savaşmaq mümkün deyil. Bunlar “Quranla savaşırıq” deyəcək qədər mərd də deyillər.

Quran, sorğu-sual etmədən kimsəni qəbul etməyin deyir. Mən də deyirəm ki, mənim sözümün hər kəlməsini sorğu-sual edin, amma Quranla ərz edin deyirəm. Quranın mesajını verdiyim üçün mənə hücum edirlər. Bunlar Qurana hücum edə bilmədikləri üçün Quran əhlinə hücum çəkirlər.

MÜZAKİRƏ

1 şərh “Quranın mesajını verdiyim üçün mənə hücum edirlər” üçün

  1. Elman dedi:

    Noldu əvvəl Güleni Mehdiyə bənzədirdi, indi şərtlər dəyişəndə belə deyirsən.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir