Uca Allah Buyurur:

Bəndəmizə (Muhəmmədə) hissə-hissə göndərdiyimizdən şübhəniz varsa, Allah ilə aranıza qoyduğunuz ulu adamlarınıza da yalvararaq ondakına bənzər bir surə gətirin! İddianızda haqlısınızsa, edərsiniz!

Bəqərə surəsi, 23

“Quran”ın XVI əsrə aid nadir nüsxəsinin Özbəkistandan çıxarılmasının qarşısı alınıb

“Qurani-Kərim”in surəti XVI əsrdə xəttat Molla Yusif Saxxaf tərəfindən köçürülüb”.

Özbəkistan xüsusi xidmət orqanlarının əməkdaşları Fərqanə vilayətində “Qurani-Kərim”in nadir nüsxəsinin ölkədən çıxarılmasının qarşısını alıblar.

Din.az bildirir ki, Buxara şəhərinin sakini Farrux Şarapov müqəddəs kitabın nadir nüsxəsini Buxaradan Fərqanə vilayətinə aparıb. O, həmin nüsxəni Qırğızıstan vətəndaşına təxminən 200 min dollara satmaq istəyərkən yaxalanıb.

Müqəddəs kitabın dəyəri isə bundan dəfələrlə yüksək qiymətləndirilir.

Mütəxəssislər müəyyən ediblər ki, “Qurani-Kərim”in surəti XVI əsrdə xəttat Molla Yusif Saxxaf tərəfindən köçürülüb və kitab halına salınıb. XIX əsrin sonu – XX əsrin əvvəllərində müqəddəs kitab bərpa edilib. Beş yüz il tarixi olan kitab qızılı hərflərlə yazılıb və Səmərqənd xəttatlıq məktəbinə aiddir.

Müqəddəs kitabın qorunub saxlanılması üçün Özbəkistan Tarixi Muzeyinə verilməsi qərara alınıb. / Milli.Az

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...