Fatihə surəsi, 6 və 7-ci ayə

Bizi doğru (düz) yola yönəlt! Nemət verdiyin kəslərin yoluna! Qəzəbə düçar olmuşların və (haqdan) azmışların (yoluna) yox!

Qurban adı ilə ördək kəsənlərə ilahiyyatçıdan XƏBƏRDARLIQ

Share Button

“Nə bilim imkanı çatırsa milçək kəsə bilər…”

Sentyabrın 12 və 13-də müsəlman aləmi Qurban bayramını qeyd edəcək. Uzun illərdir ölkəmizdə də qeyd olunan bayramla bağlı müxtəlif fikirlər mövcuddur. Bəziləri qurban kəsməyin vacibliyini qeyd edərək 3-4 nəfərə bir qoyun alıb kəsir. Bununla da özünü bayramın buyurulduğu vacib əməlini icra etmiş sayır. Yaxud imkanı olmayan bəziləri xoruz kəsməklə bu ayini icra etdiyini düşünür.

“Din.az” bildirir ki, tanınmış ilahiyyatçı Elşad Miri “modern.az”a Qurban bayramının vacib özəlliklərini sadalayıb. O bildirib ki, Qurbanlıq – insanlar arasına paylaşmaq kimi ünsiyyətin yaranmasına səbəb olma, ictimai, sosial yardımlaşmaqdır:1448524869_610x380xjhjh.jpg.pagespeed.ic.ew88zh94od

“Bu artıq qurbanlığa ironiya ilə yanaşmadır”

“Qurbanlıq – imkanı olanların qurban kəsib imkanı olmayanlar arasında bölməsi, onların rəhmətini qazanması, arada olan incikliklərin götürülməsidir. Yəni, imkanı olmayan  bir insan toyuğu kəsib neçə adam arasında bölüşdürəcək? Özü kəsib özü yeyəcəksə, bunun üçün qurbanlığı gözləmək lazım deyil. İstədiyi vaxt xoruzunu, toyuğunu, qazını, ördəyini kəsib yesin. Burda heç bir problem yoxdur”.

E.Miri deyib ki, burada məqsəd hamının qurban kəsməsi deyil:

“Məqsəd qurban adı ilə ördək, toyuq kəsib paylanması deyil, buyurulduğu kimi,  böyük baş heyvan kəsilməsidir. Yəni, kiçik baş olaraq qoyunu, keçini, böyük baş olaraq inəyi, dananı, camışı, dəvəni kəsib, kəsə bilməyənlər arasında bölüşdürməkdir. Yoxsa hərə özündən bir qayda çıxarır ki, kimsə toyuq, kəsə bilər, kimsə xoruz kəsə bilər. Nə bilim imkanı çatırsa milçək kəsə bilər… Bu artıq qurbanlığa ironiya ilə yanaşmadır ki, doğru sayılmır”.

“Qurbanı evdəkilərə çatacaq qədər verin”

E.Miri qurbanlığın 3 hissəyə ayrılmalı olduğunu da diqqətə çatdırdı:

“Peyğəmbərin dövründə insanlar kəsdikləri qurbanı 3 hissəyə ayırmağa çalışırdılar. Onun bir hissəsini özlərinə saxlayırdılar, bir hissəsini qonum-qonşuya, üçüncünü isə kasıblara, ehtiyacı olanlara verirdilər. Qurbanlıqdakı əsas meyar bu cür olmalıdır.

Bu gün bəziləri qurbanlığı kəsib daha çox adama paylasınlar deyə, bir evə yarım kiloqram, 1 kiloqram ət verir. Amma hamıya paylamaqdansa daha kasıb olana 3 kiloqram vermək yaxşıdır ki, heç olmasa bayramda doyunca ət yeyə bilsin”.

“Kəsdiyiniz qurbanın nə əti, nə də qanı Allaha çatır”

İlahiyatçı uzun illərdir cəmiyyət arasında formalaşan “qurban ətini 7 atanın övladı yeməlidir” fikrinin doğru olmadığını bildirdi:

“Belə bir söhbət yoxdur. Ümumiyyətlə, doğru yanaşma deyil. Çünki, qurban kəsəndə Allah Qurani-Kərimdə də deyir ki, “kəsdiyiniz qurbanın nə əti, nə də qanı Allaha çatır. Allaha çatan sizin təqvanızdır”. Yəni məsələlərə yanaşma tərzinizdir”.

“Bir neçə adamın həmrəy olub qoyun kəsməsi doğru deyil”

İlahiyyatçı bir neçə nəfərin birləşib heyvan alaraq qurbanlıq kəsməsinə də münasibət bildirib:

“Qoyun kiçik baş heyvan sayılır və kəsilməsi bir nəfərə məxsusdur. İmkanı çatan adam qurban kəsməlidir. Hamı qurban kəssin deyə bir qayda yoxdur. 3-4 nəfərin birləşib qoyun alması və kəsməsi doğru deyil. Bir neçə nəfərin birləşərək qurban kəsməsi böyük baş heyvanlar üçün nəzərdə tutulub.

Bu da inəkdən başlayaraq camış, dəvə və s. ola bilər. Orada da 7 nəfərə qədər şəxs birləşib qurban kəsə bilər. Yəni, say 4 də ola bilər, 6 da 7 də… Amma kiçik baş heyvanlar üçün belə məsələ yoxdur”.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir