Uca Allah oruc haqqında buyurub::

“Ey iman gətirənlər! Sizdən əvvəlkilərə fərz qılındığı kimi oruc tutmaq sizə də fərz qılındı ki, bununla qorunasınız”.

“Bəqərə” surəsi, 2/183

Qurban bayramı ilə əlaqədar iki dövlət qurumu birgə fəaliyyət göstərəcək

“Daha sağlam heyvanların satışa çıxarılmasına nəzarət olunacaq”.

Avqustun 22-23-də qeyd olunacaq Qurban bayramı ilə əlaqədar Kənd Təsərrüfatı Nazirliyi gücləndirilmiş iş rejiminə keçib.

Din.az Trend-ə istinadən xəbər verir ki, bunu nazir müavini İlham Quliyev bildirib.

Nazir müavini deyib ki, bazarlara daha sağlam heyvanların satışa çıxarılmasına nəzarət olunacaq: “Müəyyən iş adamlarına müraciət edilib ki, bayram ərəfəsində satışa sağlam heyvanlar çıxarılsın. Çalışırıq ki, Qurban bayramının yüksək səviyyədə təşkil edilməsi üçün Qida Təhlükəsizliyi Agentliyi ilə birgə fəaliyyət göstərək”.

Qeyd edək ki, bayramda ət kəsiminə nəzarəti Qida Təhlükəsizliyi Agentliyi həyata keçirəcək.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...