Uca Allah Buyurur:

Bəndəmizə (Muhəmmədə) hissə-hissə göndərdiyimizdən şübhəniz varsa, Allah ilə aranıza qoyduğunuz ulu adamlarınıza da yalvararaq ondakına bənzər bir surə gətirin! İddianızda haqlısınızsa, edərsiniz!

Bəqərə surəsi, 23

Qurban bayramı üçün ayın görünməsi lazımdır?

Qurban bayramı Zilhiccə ayının başlamasıdır…

Ötən il Qurban bayramında ay görünmədiyi üçün bir gün tez başlamışdı. Səudiyyə Ərəbistanı və ərəb ölkələri isə ayın görünməsini vacib bilir. Bəs sözügedən mövzu ilə bağlı hilalı görmək vacibdirmi?

“Din.az” Türkiyə mediasına istinadən xəbər verir ki, Türkiyənin Diyanət İşləri Nazirliyi, Kandilli rəsədxanasının da təsdiqi ilə ay görünməsə də Zilhiccə ayının astronomik hesablanamalara (yəni təqvimə) uyğun şəkildə dünyanın hər hansı bir yerindən görünməsini əsas alaraq, Zilhiccə ayının başladığı tarix olaraq qəbul edilir.

Türkiyə qərarını rəsədxanadan aldığı məlumatlara və Hənəfi məzhəbinin təqviminə uyğun olaraq qəbul edir.

Mövzu ilə bağlı Nurəddin Yıldızın açıqlaması:

“Diyanət, dini baxımdan üzərimizdəki məsuliyyəti daşımaqdadır. Ordakı qardaşlarımız da məsələnin ciddiyyətinə şahiddirlər. Diyanət təqvimini əsas almağımızda bir yalnış olmadığı kimi, hüzurlu ibadət baxımından da zəruridir”.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir