Uca Allah Buyurur:

İnsanlara yaxşı olmağı əmr edib özünüzü yaddan çıxarırsınız, eləmi? Bir də Kitabı oxuyursunuz. Heç ağlınızı işlədirsiniz?

Bəqərə surəsi, 44

Qurban bayramı uşaqlara necə aşılanmalıdır? – FOTO

Uşaqların travma yaşamaması üçün nələrə diqqət edilməlidir?

Türkiyəli mütəxəssis Duyqu Barlas mücərrəd düşüncə qabiliyyətinin 12 yaşdan etibarən inkişaf etdiyinə diqqət çəkərək kiçik yaşda olan uşaqların qurban kəsimindən təsirlənəcəyini söyləyib.

“Din.az” xəbər verir ki, uşağa Qurban bayramının açıqlanması çox vacibdir. Çünki uşaqların 12 yaşdan etibarən mücərrəd düşüncə qabiliyyətləri inkişaf etməyə başlayır. Yəni yaşı 12-dən aşağı olan bir uşaq bir çox şeyi konkret obyektlər üzərindən qavrayır. Qurban bayramı hekayəsinin sonu hər nə qədər biz yetkinlərə görə mənalı bitsə də, 12 yaşında olan bir uşaq üçün mücərrəd olan ölüm və qurban edilmə anlayışı qorxuducu gələ bilər.

Qurban bayramının mənası izah edilməlidir…

Bu yaşda olan uşaqlara bayramın nə məna daşıdığı izah edilməlidir. İnsanlar arasında yardımlaşmağa imkan yaradan Qurban bayramının başda ət paylamaq, bir çox yardımın birlikdə edilməsinə şərait yaradan, birliyi və bərabərliyi gücləndirən istiqamətlərindən bəhs edilməlidir. Bayramın sosial və mədəni tərəflərinin təbliği uşaqların bayramı daha yaxşı anlamasına kömək olacaqdır. Yaşı 12-dən yuxarı olan uşaqlara isə həssas və mücərrəd mövzuları qavrama bacarığı nəzərə alınaraq izah edilməlidir.

1510 (1)

Uşaqlar necə təsirlənir?

  • Uşağın mücərrəd düşüncəsi zəif olduqda izah edilən hekayəni konkret olaraq qəbul edə və bu vəziyyət uşağa qorxunc gələ bilər. Bu zaman uşağın beynindəki fikirlər qarışa və qorxusunu idarə etməkdə çətinlik çəkə bilər.
  • İdarə edilə bilməyən qorxular ilə uşaqların yuxu nizamı pozula, iştahalarında ziddiyyət yarana, qorxulu yuxular və pozulmalar meydana gələ bilər.
  • Bir tərəfdən uşaqlara heyvan sevgisini və onlara zərər verməmələrini aşılayarkən, digər bir yandan da uşağın heyvan kəsiminə şahid olması uşaqlarda ciddi bir ziddiyyətə yol aça bilər. Xüsusilə də məşhur bir ənənə olan qurban edilən heyvanın qanının uşağın alnına sürtülməsi və ya uşağın bu hadisəyə şahidlik etməsi travmaverici bir təsir göstərə bilər.
  • Uşağın evində bir ev heyvanı varsa, onun da qurban edilib-edilməyəcəyinə dair onda qorxular yarana bilər. Əgər uşaq bu qorxusunu idarə edə bilməsə, onda yuxu pozulmaları kimi problemlər ortaya çıxacaq.

Uşaqların travma yaşamaması üçün nələrə diqqət edilməlidir?

  • Əvvəlcə uşağa yaşına uyğun bir açıqlama verilməlidir;
  • Qurban kəsimi uyğun yerdə və şərtlərdə həyata keçirilməlidir. Uşaqlar isə heyvan kəsiminə şahid olmamalıdırlar. Əgər uşaq israrla qurban kəsiləcək heyvanın ağrı çəkib-çəkmədiyini soruşarsa, ona qısaca hansı şərtlərdə işlərin görüləcəyi deyilə bilər.
  • Qurban bayramı zamanı sağlam olmayan şərtlərdə qurban kəsimi və qaçan qurbanlar tez-tez kanallarda xəbər mövzusu olur. Uşaqlarınızı mümkün olduqca bur cür xəbərlərdən uzaq tutun.
  • Uşaqlarla qurban kəsmək, axan qan və ya buna bənzər mövzular haqda danışmaqdan yayının. Bunun əvəzinə bayramın digər gözəllikləri haqqında məlumat verin.
  • Ənənə, mədəniyyət deyərək uşağınızı qurban kəsmə hadisəsini izləməyə məcbur etməyin. Ənənəmizin və mədəniyyətimizin sadəcə ət kəsməkdən deyil, bir çox sosial faktordan meydana gəldiyini unutmayın.
  • Ət və ya qurban kəsmə haqqında edilən zarafatlardan uzaq durun və bunların övladlarınızın yanında edilməsinə mane olmağa çalışın.

1443030017_1381763633_cocuk-kurban-kesimi

Uşaq qurban kəsiminə şahid olduğu zaman nə etməliyik?

  • İlk olaraq övladınıza açıqlama vermədən onu dinləyin; kəsimi harada, kiminlə və necə gördüyünü anlamağa çalışın.
  • Övladınız hər şeyi sizə danışdıqdan sonra onu anladığınızı bildirin.
  • Onu tənqid və mühakimə etməyin və ya onunla zarafatlaşmayın. Övladınızın qorxusunu, üzüntüsünü və ya qayğısını ifadə etməsinə şərait yaradın.
  • Əgər hadisədən sonra övladınızın qayğısında problem varsa, yuxusunda və iştahasında hələ də pozulma varsa, mütəxəssisdən kömək almağınız lazımdır.

1393579979_1351029645_25d025a425d025be25d1258225d025be0191

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir