Uca Allah Buyurur:

Onlara: «Allahın endirdiyinə tabe olun» deyilsə, «Xeyr! Biz atalarımızı hansı yolda görmüşüksə, ona tabe olacağıq!» deyirlər. Bəs ataları ağıllarını bir şeyə işlətməmiş və düz yola da daxil olmamışdılarsa, yenə tabe olacaqlar?

Bəqərə surəsi, 170

Qurban bayramında heyvan kəsənlər icra hakimiyyətlərinə müraciət etməlidirlər

“Qurban bayramında heyvan kəsimi sanitar-gigienik normalara uyğun həyata keçirilməlidir”.

Qurban bayramında əhalinin rahat və sanitar-gigienik normalara uyğun şəraitdə heyvan kəsimini təmin etmək üçün yerlərdə müvəqqəti kəsim məntəqələri yaradılır.

Din.az bildirir ki, bu barədə Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) mətbuat xidmətinin rəhbəri Mansur Piriyev Modern.az saytına məlumat verib:

“Qurban bayramında əhalinin rahat və sanitar-gigienik normalara uyğun şəraitdə heyvan kəsimini həyata keçirməsi və qurbanlıq ət almalarını təmin etmək üçün standartlara cavab verən mövcud heyvan kəsimi məntəqələri ilə yanaşı, yerli icra hakimiyyətləri tərəfindən təşkil olunan müvəqqəti kəsim məntəqələri də fəaliyyət göstərəcək.

Bayram günlərində heyvan kəsimi fəaliyyəti ilə məşğul olmaq istəyən şəxslər əvvəlcədən yerli icra hakimiyyəti orqanlarına müraciət edə bilər”.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...