Uca Allah Buyurur:

Bəndəmizə (Muhəmmədə) hissə-hissə göndərdiyimizdən şübhəniz varsa, Allah ilə aranıza qoyduğunuz ulu adamlarınıza da yalvararaq ondakına bənzər bir surə gətirin! İddianızda haqlısınızsa, edərsiniz!

Bəqərə surəsi, 23

Qurban bayramında qiymətləri qaldıranlar və israfçılıq edənlər cərimələnəcək 

Bayramda masaların israfçı şəkildə bəzənməsinə görə böyük cərimələr tətbiq edilir.

Tacikistanda Dini İşlər, Ənənə və Mərasimlərin Tənzimlənməsi Komitəsi Qurban bayramında masaların israfçı şəkildə bəzənməsi və dükan-bazarlarda qiymətlərin süni şəkildə qaldırılması ilə bağlı böyük cərimələr tətbiq ediləcəyi haqda ictimaiyyəti xəbərdar edib.

Din.az xəbər verir ki, rəsmi qaydaları pozan fiziki şəxslər 5 min somoni, yəni təxminən 531 dollar cərimə ediləcək.

Komitə nümayəndələri bayram masalarını ekzotik meyvələr əvəzinə yerli meyvələr və evdə hazırlanan şirniyyatlarla bəzəyərək sadə bir süfrə düzəltməyi tövsiyə edir.

Eyni zamanda, bayramqabağı günlərdə bazarlarda qiymət artımının qarşısını almaq üçün də reydlər keçiriləcək. Hər hansı məhsulun qiymətinin müəyyən edilmiş həddən yuxarı qaldırılması və ya əhalinin israfçı bayram masaları təşkil etməsinə rast gəlindiyi halda faktlar müəyyən edilərək şikayətlər məhkəməyə göndəriləcək. Bundan sonra məhkəmə və müvafiq qurumlar ayrı-ayrı pozuntulara görə hüquqi və ya fiziki şəxslərin ödəyəcəyi cərimələrin məbləğini təyin edəcək. / Moderator.az

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...