Fatihə surəsi, 6 və 7-ci ayə

Bizi doğru (düz) yola yönəlt! Nemət verdiyin kəslərin yoluna! Qəzəbə düçar olmuşların və (haqdan) azmışların (yoluna) yox!

Bütün xəbərlər »
Qaynar Xəbərlər
qurban-kabab

Qurban ətindən kabab çəkmək olarmı?

Share Button

Cəmiyyətin tərəddüdlə yanaşdığı mövzu…

Sentyabrın 12-13-də ölkəmizdə Qurban bayramı qeyd olunacaq. Artıq bayramla bağlı paytaxtda və bölgələrdə hazırlıq işlərinə başlanılıb.88386

Lakin hər ötən il qurbanlıqla bağlı bəzi suallar cəmiyyətimizi maraqlandırır. Bir çoxları suallarına cavab tapa bilməsə də, bəziləri ondan-bundan eşitdiyi məlumatlarla Qurban bayramında kəsilən ətləri özünəməxsus şəkildə paylaşdırır. Evə düşən qurban payın necə bişirilməsi, “qurbanlıq ətdən kabab çəkmək olarmı?” kimi suallar isə insanlar arasında hər zaman şübhə doğurub.

“Din.az”ın məlumatına görə, “a24.az” saytı mövzu ilə bağlı ilahiyyatçı Elşad Mirinin fikirlərini öyrənib. Elşad Miri kəsilən qurbanlıq ətindən kabab çəkməkdə bir qəbahətin olmadığını deyib.

İlahiyyatçı, “isti havalarda qurban ətini çiy şəkildə verə bilməyənlər, onu bişirib süfrə arxasında bir qrup insanlarla paylaşa bilərmi?” sualını isə belə cavablandırdı:

“Bu, qurbanı kəsib ancaq özünə istifadə kimi nəzərdə tutulur. Əslində bu, qurbanın mahiyyətinə doğru deyil. Çünki Qurban özü yaxınlaşmaqdır, Allaha yaxınlaşmaqdır. Qurban vasitəsi ilə insanlarla ünsiyyət qurmaqdır. Amma yenə də öz payına düşən hissədən bişirib süfrə arxasında paylaşmaq olar, heç bir problem yoxdur. Lakin paylamaq daha yaxşıdır. Paylayıb, öz payına düşənlə də yenə də başqalarını da dəvət edib süfrə arxasında paylaşmaq, bu da mümkündür”.

BƏNZƏR MƏQALƏLƏR

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Top