Uca Allah Buyurur:

Bəndəmizə (Muhəmmədə) hissə-hissə göndərdiyimizdən şübhəniz varsa, Allah ilə aranıza qoyduğunuz ulu adamlarınıza da yalvararaq ondakına bənzər bir surə gətirin! İddianızda haqlısınızsa, edərsiniz!

Bəqərə surəsi, 23

Qurban kəsdiyi üçün barəsində cinayət işi açılan azərbaycanlı Rusiyadan deportasiya olundu

Sankt-Peterburq polisi onun hərəkətində qəddarlıq əlaməti olmadığını bildirib.

Qoyun başı kəsdiyi üçün barəsində cinayət işi açılan azərbaycanlı Lütfulla Rzayev Rusiyadan deportasiya edilib.

Din.az xəbər verir ki, Sankt-Peterburq polisi onun hərəkətində qəddarlıq əlaməti olmadığını bildirib.

Buna baxmayaraq, o deportasiya edilib və 2022-ci ilin 19 noyabrına qədər, üç il müddətində Rusiyaya gələ bilməyəcək.

Xatırladaq ki, azərbaycanlıya oğluna toy edəndən sonra yaşayış binasının həyətində qurban kəsdiyi iddiası ilə cinayət işi açılmışdı. / Milli.Az

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...