Uca Allah Buyurur:

Onlara: «Allahın endirdiyinə tabe olun» deyilsə, «Xeyr! Biz atalarımızı hansı yolda görmüşüksə, ona tabe olacağıq!» deyirlər. Bəs ataları ağıllarını bir şeyə işlətməmiş və düz yola da daxil olmamışdılarsa, yenə tabe olacaqlar?

Bəqərə surəsi, 170

Qurbanlıq heyvan kəsilərkən dua oxunmalıdır? – VİDEO

Əgər qəssab qurban duasını bilmirsə…

Təzə Pir Məcidinin axundu Mircəfər Əyubov deyir ki, qurban kəsərkən bir neçə variantda dua oxunur.

Ən azından qısa duanın oxunması mütləqdir ki, kəsilən qurbanlıq heyvan Allah tərəfindən qəbul olunsun. Amma kəsim yerlərində çalışan qəssabların bu barədə məlumatı yoxdur.

Bəs qurbanlıq heyvanı özü kəsənlər necə, bu duanı oxuya bilirmi?

Axund Mircəfər Əyubov deyir ki, əgər qəssab qurban duasını bilmirsə, qurban kəsdirən adam həmin duanı özü oxumaldır.

Qeyd edək ki, qurbanlıq heyvan kəsilərkən duadan başqa bir sıra məqamlar da nəzərə alınmalı, ilk növbədə qurbanlıq heyvanın gözü bağlanmalı və digər heyvanların yanında kəsilməməlidir.

“Din.az” mövzu ilə bağlı videosüjeti təqdim edir:

 

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...