Uca Allah Buyurur:

İnsanlara yaxşı olmağı əmr edib özünüzü yaddan çıxarırsınız, eləmi? Bir də Kitabı oxuyursunuz. Heç ağlınızı işlədirsiniz?

Bəqərə surəsi, 44

Qurbanlıq heyvanların qiyməti neçəyədir? – VİDEO

Qeyri-qanuni qurbanlıq heyvan satışı ilə məşğul olmaq istəyənlərin qarşısı alınıb.

Qurban bayramına iki gün qalıb. Paytaxtda artıq qurbanlıq heyvanların satışına başlanılıb. Qurbanlıq heyvanın qiyməti neçəyədir?

Din.az Milli.Az-a istinadən bildirir ki, xırdabuynuzlu heyvanların qiymətləri isə çəkisinə görə dəyişir. 15 kiloqram xalis əti olan qurbanlıq bir quzu ortalama 180 manata başa gəlir.

Bəzi ərazilərdə isə qeyri-qanuni olaraq qurbanlıq heyvan satışı ilə məşğul olmaq istəyənlərin qarşısı alınıb. Bu gün səhər saatlarında Suraxanı rayonu Qaraçuxur qəsəbəsində bir neçə nəfər yol kənarında qurbanlıq quzuların satışını həyata keçirməyə cəhd edib. Ancaq onların bu cəhdinin qarşısı icra nümayəndələrinin və rayon polis idarəsi əməkdaşları tərəfindən alınıb.

Bu arada Qurban bayramı ilə əlaqədar Kənd Təsərrüfatı Nazirliyinin dəstəyi ilə paytaxt və bölgələrdə iribuynuzlu və xırdabuynuzlu heyvanların satış yarmarkası keçiriləcək. Yarmarkalar Qida Təhlükəsizliyi Agentliyinin müəyyən etdiyi məntəqələrdə təşkil olunacaq. Satış yarmarkalarının Bakı şəhərinin 32 nöqtəsində, Gəncə, Neftçala, Lənkəran, Şəki, Şirvan, Quba, Ağdaş, Şamaxı, Göyçay, İsmayıllıda keçirilməsi nəzərdə tutulur. 35 minə yaxın qurbanlıq heyvanın satışa çıxarılması nəzərdə tutulub.

Qeyd edək ki, ət kəsimi və heyvan satışı məntəqələrində profilaktik məqsədlə dezinfeksiya işlərinə başlanıb. /xezerxeber.az

https://daytube.az/az/videos/71560/

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...