Uca Allah Buyurur:

Bəndəmizə (Muhəmmədə) hissə-hissə göndərdiyimizdən şübhəniz varsa, Allah ilə aranıza qoyduğunuz ulu adamlarınıza da yalvararaq ondakına bənzər bir surə gətirin! İddianızda haqlısınızsa, edərsiniz!

Bəqərə surəsi, 23

Qvineyanın ən böyük məscidi açıldı

Qvineya kölə ticarətinin başladığı ilk Afrika ölkəsidir.

Qərbi Afrika ölkəsi olan Qvineyanın paytaxtı Konakridə 2013-cü ildə tikintisinə başlanılan 7 000 nəfərlik II Əbdülhəmid Xan məscidi minlərlə insanın iştirak etdiyi mərasimlə açılıb.

“Din.az” Türkiyə mətbuatına istinadən xəbər verir ki, Mahmud Ustaosmanoğlu Hocaəfəndinin adına tikintisi başlayan kompleks 21 000 m2 sahədə inşa edilib. Sarı günbəzilə müsəlmanların ilk qibləsi olan Məscidüləqsanın memarlığından istifadə edilməklə tikilən II  Əbdülhəmid Xan Məscidində 7 000 nəfər eyni vaxtda namaz qıla bilər.

Bu məscid kompleksində qız və oğlan mədrəsəsi, 500 tələbənin təhsil alacağı ixtisas mərkəzi, gündə 100 nəfərin müalicə oluna biləcəyi sağlamlıq mərkəzi, 3000 nəfərlik yeməkxana və qonaq zalı vardır.

Qvineya kölə ticarətinin başladığı ilk Afrika ölkəsidir. Əhalisinin 86%-i müsəlman olan Qvineya Qərbi Afrikada İslamın ən geniş yayıldığı ölkələrdən biridir.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...