Uca Allah Buyurur:

Bəndəmizə (Muhəmmədə) hissə-hissə göndərdiyimizdən şübhəniz varsa, Allah ilə aranıza qoyduğunuz ulu adamlarınıza da yalvararaq ondakına bənzər bir surə gətirin! İddianızda haqlısınızsa, edərsiniz!

Bəqərə surəsi, 23

R.T. ƏRDOĞAN ÜÇÜN AĞIR GÜN  – FOTOLAR

Ərdoğan cənazəni avtomobilə qədər daşıdı.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan cənazə namazına qatılıb.

Din.az xəbər verir ki, prezident Ərdoğan Tarabyadakı köşkündən ayrılaraq 23 yaşlı əzələ xəstəliyindən dünyasını dəyişən Abdulla Samet Dəmir üçün hazırlanan cənazə mərasimində iştirak edib.
Cənazə namazından əvvəl Dəmirin ailəsinə başsalığı verən Ərdoğan, namazın ardından Abdulla Samet Dəmirin cənazəsini avtomobilə qədər daşıyıb.

Mərasimə Dəmirin atası Avni, anası Sündüz, qardaşı Əmirhan Dəmir və bir çox səlahiyyətli nümayəndələr qatılıb.

Mərasimin ardınca Abdulla Dəmir Osmanqazi qəbirstanlığında torpağa tapşırılıb.

Xatırladaq ki, Ərdoğan mart ayında Sultanbəylidəki evində Dəmirə baş çəkmişdi. / Metbuat.az

 

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...