Uca Allah oruc haqqında buyurub::

“Ey iman gətirənlər! Sizdən əvvəlkilərə fərz qılındığı kimi oruc tutmaq sizə də fərz qılındı ki, bununla qorunasınız”.

“Bəqərə” surəsi, 2/183

Radikal dindarlara qarşı daha sərt addımların atılması gündəmə gəlir

Elşad Miri: “Radikalizmə qarşı mübarizənin müxtəlif metodları olur”.

Sədrəddin Soltan: “Xəstəliyi yaradan səbəbə qarşı mübarizə xəstəliyə qarşı mübarizədən daha səmərəlidir”

Elşad Miri: “Problemə kompleks şəkildə yanaşılmalıdır”
Məlumdur ki, radikal dindarların Azərbaycanda fəaliyyəti, qərəzli niyyətləri daim iflasa uğrayıb. Amma dini motivdə baş verən son hadisələr göstərir ki, onlar da bəd əməllərindən əl çəkmirlər. Belə vəziyyətdə radikal dindarlara qarşı daha sərt addımların atılması gündəmə gəlir.

Politoloq Sədrəddin Soltan bildirir ki, bütün siyasi-ictimai məsələlərdə ifratçılıq ziyanlıdır: “Azərbaycanda da ifratçılığa varan hadisələr uğur qazanmayıb. Bu sayaq hadisələri tördənin kimliyindən, hadisənin törənmə səbəbinin mahiyyətindən və motvindən asılı olmayaraq, hüquq-mühafizə oraqanları tərəfindən araşdırlmalı, məhkəmə isə hadisə ilə bağlı hökm çıxarmalıdır. Belə hadisələrlə bağlı istənilən özbaşnalıq Azərbaycan dövlətinin nüfuzuna ziyan vurar. Cinayət Məcələsinə əsasən, ən ağır cəza ömürlük həbsdir”.
Sədrəddin Soltan əlavə etdi ki, bu sayaq hadisələrlə bağlı sosioloq və başqa ictimai elmlər üzrə mütəxəssislərin də araşdırmalarına ehtiyac var: “Onlar hadisənin başvermə səbəblərini, radikallığa meyllənməmin köklərini araşdırmalı, ona qarşı tədbirlərin görülməsi ilə bağlı uyğun qurumlara təkliflərini təqdim etməlidirlər. Ümumiyətlə, terror hadisələri istənilən cəmiyyət üçün məqbul sayılmır. Onu törədən səbəblərə qarşı mübarizənin aparılması ehtimal edilən zərərin azaldılması və sıfra endirilməsi deməkdir. Xəstəliyi yaradan səbəbə qarşı mübarizə xəstəliyə qarşı mübarizədən daha səmərəlidir”.


İlahiyyatçı-alim Elşad Miri bildirdi ki, radikalizmə qarşı mübarizənin müxtəlif metodları olur: “Problemə kompleks şəkildə yanaşılmalıdır. Hansısa məsciddə hansısa xütbəni verməklə problem həll olunası deyil. Hətta müəyyən din xadimlərinə əmək haqlarının verilməsi də problemin həlli deyil.
Radikal insanı düzgün analiz etmək lazımdır. Qorxutmadan, onların düşüncələrinə qarşı elə düşüncə ilə mübarizə aparmaq lazımdır”. / Mövqe.az

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...