Uca Allah oruc haqqında buyurub::

“Ey iman gətirənlər! Sizdən əvvəlkilərə fərz qılındığı kimi oruc tutmaq sizə də fərz qılındı ki, bununla qorunasınız”.

“Bəqərə” surəsi, 2/183

“Radikal Qruplara Qarşı Mübarizədə Yeni Yanaşmalar” mövzusunda tədbir keçirilib

Terroristlə azadlıq mücahidi bir-birindən nə ilə fərqlənir?

Radikalizm və terrordan danışılan tədbirdə terroristlə azadlıq mücahidinin fərqləri haqda məlumat verilib.

İqtisadi və Sosial Mərkəzində “Radikal Qruplara Qarşı Mübarizədə Yeni Yanaşmalar” mövzusunda tədbir keçirilib.

Din.az Sputnik Azərbaycan-a istinadən xəbər verir ki, tədbirdə iqtisadçı alim Vüqar Bayramov, iqtisadçı Rəşad Həsənov və başqaları iştirak ediblər.

Radikalizm və terrordan danışılan tədbirdə terroristlə azadlıq mücahidinin fərqləri haqda məlumat verilib.

Tədbirdə çıxış edən Rəfiqə Məmmədzadə bu gün ərəb ölkələrində baş verən çaxnaşmalar haqda danışıb: “Amerika ərəb ölkələri, xüsusən də Suriyada baş verən uşaq ölümlərini əks etdirmək üçün bir reklam çarxı hazırladı. Bu reklam çarxında belə, onlar ərəb deyil, əcnəbi bir uşağı çəkdilər”.

Tədbirdə bir zaman azadlıq mücahidi olan bir şəxsin, eyni zamanda həm də terrorçu ola biləcəyindən danışılıb. Kuba lideri Fidel Kastro buna nümunə olaraq göstərilib. Qeyd olunub ki, Fidel Kastro ölkəsini ABŞ-ın təsirindən azad etmək üçün mübarizədə qalib olsa da, sonradan bir terrorçu kimi tanındı.

Kastronun bir sıra ölkələrin daxili işlərinə qarışdığı, bu ölkələrdə çaxnaşma yaratmaq üçün terrora əl atdığı, hətta ölkəsində də 10 minədək azadfikirli insanın ölümünə rəvac verdiyi qeyd olunub.

 

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...