"Cümə" surəsi, 62/9

“Ey iman gətirənlər! Cümə günü namaza çağırılanda Allahı yad etməyə tələsin və ticarəti dayandırın. Bilsəniz, bu sizin üçün nə qədər xeyirlidir!”

Radikallığı təbliğ edən 372 kitabın yayılmasının qarşısı alınıb

Share Button

“2015-ci il ərzində Dinşünaslıq ekspertizası şöbəsinə daxil olmuş müraciətlər əsasında 1827 adda dini məzmunlu ədəbiyyata baxılaraq, dini dözümsüzlüyü, ayrı-seçkiliyi və radikallığı təbliğ edən 372 adda kitabın ölkəyə idxalının və yayılmasının qarşısı alınıb. “Din.az”ın xəbərinə görə, bu barədə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin 2015-ci il üzrə hesabatında bildirilib. Hesabatda qeyd olunub ki, hüquq-mühafizə orqanlarından dinşünaslıq ekspertizasına […]

“2015-ci il ərzində Dinşünaslıq ekspertizası şöbəsinə daxil olmuş müraciətlər əsasında 1827 adda dini məzmunlu ədəbiyyata baxılaraq, dini dözümsüzlüyü, ayrı-seçkiliyi və radikallığı təbliğ edən 372 adda kitabın ölkəyə idxalının və yayılmasının qarşısı alınıb.

“Din.az”ın xəbərinə görə, bu barədə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin 2015-ci il üzrə hesabatında bildirilib.

Hesabatda qeyd olunub ki, hüquq-mühafizə orqanlarından dinşünaslıq ekspertizasına 884 adda dini ədəbiyyata baxılaraq, onlardan 463 adda dini ədəbiyyatın zərərli, yaxud müvafiq razılıq alınmadan idxal və istehsal olunduğu müəyyən edilib.

Eyni zamanda bildirilib ki, müvafiq razılıq alınmadan ölkəyə gətirilmiş və ya istehsal olunmuş zərərli dini ədəbiyyatın yayılmasının qarşısı alınıb.

MÜZAKİRƏ

1 şərh Radikallığı təbliğ edən 372 kitabın yayılmasının qarşısı alınıb üçün

  1. Farid Rashid dedi:

    bu kitablar hansilardir??
    bilmək istərdim

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir