Uca Allah Buyurur:

Bəndəmizə (Muhəmmədə) hissə-hissə göndərdiyimizdən şübhəniz varsa, Allah ilə aranıza qoyduğunuz ulu adamlarınıza da yalvararaq ondakına bənzər bir surə gətirin! İddianızda haqlısınızsa, edərsiniz!

Bəqərə surəsi, 23

Rahib dini ayin zamanı bıçaqlandı

77 yaşlı din xadimi bıçaqlı hücuma məruz qalıb və yaralanıb.

Kanadanın Montreal bölgəsində rahib dini ayin zamanı bıçaqlanıb.

Din.az xəbər verir ki, Müqəddəs Cozef kilsəsində baş verən hadisə zamanı 77 yaşlı din xadimi Kloud Qrou bıçaqlı hücuma məruz qalıb və yaralanıb. Təhlükəsizlik əməkdaşları və ayində iştirak edənlər cinayətkarı zərərsizləşdirib. 26 yaşlı kişi polis tərəfindən saxlanılıb.

Kloud Qrounun vəziyyətinin yaxşı olduğu bildirilir. / Qaynarinfo.az

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...