Uca Allah oruc haqqında buyurub::

“Ey iman gətirənlər! Sizdən əvvəlkilərə fərz qılındığı kimi oruc tutmaq sizə də fərz qılındı ki, bununla qorunasınız”.

“Bəqərə” surəsi, 2/183

Rahibələrin şəklini paylaşdı – “Facebook” hesabını dondurdular

“Facebook” rəhbərliyi bu addımı fərqli cür izah etdi…

Fransada hicabın qadağan edilməsinə qarşı çıxan rahibələr dənizə girib.

“Din.az” “moderator.az” istinadən xəbər verir ki, İmam İzzəddin adlı feysbuk istifadəçisi heç bir şərh yazmadan bağlı geyimli və başıbağlı dənizə girən 7 rahibənin şəklini feysbukda paylaşıb.

İzzeddin Elzir İtaliya İslam İcmalar Birliyinin sədridir. Onun paylaşdığı şəkillər qısa müddət ərzində 2 mindən çox paylaşılıb, yüzlərlə istifadəçi tərəfindən bəyənilib. Buna görə də feysbuk rəhbərliyi İmam İzzəddinin feysbuk hesabını dondurub. “Facebook” rəhbərliyi isə bu addımını şəkillərlə yox, hesabın saxta olması ilə bağlı edilən şikayətlərlərlə əsaslandırıb.

Qeyd edək ki, istifadəçinin hesabı bir gün sonra açılıb. O, hesabının dondurulması barədə xəbərdarlıq gəldiyini, lakin paylaşdığı şəklin buna əsas vermədiyini dilə gətirib.

mod-95038

MÜZAKİRƏ

Bir Cevap Yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Din.Az - yaradandan yaradılana...