Uca Allah buyurur::

“Üzünüzü və dirsəklərə qədər əllərinizi yuyun, başınıza məsh çəkin və topuqlara qədər ayaqlarınızı yuyun (məsh çəkin). Natəmiz olmusunuzsa, yuyunun!”

"Maidə" surəsi, 5/6

Ramazan ayı ərəfəsində xurma ixracı qadağan edilib

İran xurma ixracını qadağan etdi.

İranın Bazarın Tənzimlənməsi Komitəsinin qərarı ilə xurma ixracı bu gündən qadağan edilib.

Din.az bildirir ki, Ramazan ayı ərəfəsində bazara nəzarət etmək məqsədilə xurma ixracı qadağan edilib.

Həmçinin qərara alınıb ki, topdansatış bazarlarında xurmanın qiyməti təsdiqlənmiş qiymətdən minimum 15% aşağı satılsın.

Habelə Ramazan ayında şəkər və yağın qiymətinin dəyişməməsi haqqında qərar verilib.

Qeyd edək ki, son həftə ərzində İranda 1 kq xurmanın qiyməti 300-350 min riala (təxminən 7,14-8,33 dollar) qədər bahalaşıb. / Trend.az

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...