Uca Allah Buyurur:

Bəndəmizə (Muhəmmədə) hissə-hissə göndərdiyimizdən şübhəniz varsa, Allah ilə aranıza qoyduğunuz ulu adamlarınıza da yalvararaq ondakına bənzər bir surə gətirin! İddianızda haqlısınızsa, edərsiniz!

Bəqərə surəsi, 23

Ramazan ayı ilə bağlı Yeni Zelandiya məscidlərində təhlükəsizlik tədbirləri görüləcək

Məscidlərdə əvvəlcədən planlaşdırılan ümumi iftar məclisləri ləğv edilib.

Yeni Zelandiya məscidlərində Ramazan ayı ilə bağlı təhlükəsizlik tədbirləri görüləcək.
Bu barədə Yeni Zelandiya İslam Birliyi Federasiyasının sədri Mustafa Faruk məlumat verib. Onun sözlərinə görə, məscidlərdə əvvəlcədən planlaşdırılan ümumi iftar məclisləri ləğv edilib. Sədr bu işə Yeni Zelandiya polisinin də dəstək verdiyini bildirib. O, eyni zamanda, fərqli inanclara mənsub olan yeni zelandiyalıların İslam dini barədə məlumatlandırıldığı “məscid açıq günləri”nin də iyun ayına qədər təxirə salındığını qeyd edib.

Xatırladaq ki, martın 15-də Yeni Zelandiyanın Kraystçörç şəhərində iki məscidə silahlı hücum nəticəsində 50 nəfər həlak olub, bir o qədər də insan xəsarət alıb. Yeni Zelandiyanın Baş naziri Casinda Ardern bu hadisəni terror aktı adlandırıb. (Azərtac)

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...