Fatihə surəsi, 6 və 7-ci ayə

Bizi doğru (düz) yola yönəlt! Nemət verdiyin kəslərin yoluna! Qəzəbə düçar olmuşların və (haqdan) azmışların (yoluna) yox!

Ramazan ayı və Hucurat surəsi!

Share Button

Ramazanda bir möminin sadəcə bədəni deyil, ruhu və nəfsi də oruc tuta bilməlidir

76490Ramazan ayı çörəyə, suya qarşı olduğu kimi harama, yalana, dedi-qoduya, zənnə qarşı da oruc tutmaqdır. Ramazan bizə qardaşlığı, paylaşmağı, vəfalı olmağı aşılayır. Ramazan, əsil mülkün Allah-Təalanın olduğunu, su içməyi, yemək yeməyi qadağan edərək mal-mülkün bir vəkalət olduğunu xatırladaraq “mən”dən qurtulub “biz” olmanın vacibliyini vurğulayır.

“Din.az” xəbər verir ki, Ramazanda bir möminin sadəcə bədəni deyil, ruhu və nəfsi də oruc tuta bilməlidir. Ramazan, şeytanların sürətinin kəsildiyi, biz insanların sürətinin artdığı bir zamandır…Daxilində Qədr gecəsi kimi min aydan daha xeyirli bir gecəni içində saxlayıb tutan bir aydır Ramazan…

Hər zaman olduğu kimi bu mübarək ayda da günahlardan uzaq durmaq hər möminin vəzifəsidir. Bu ramazanda oturub düşünək! Dedi-qodu elədimmi? Bir mömin qardaşımın qəlbini qırdımmı? Din qardaşıma qarşı haqsızlıq etdimmi? Düşüncələrimlə Allah-Təalanın və Peyğəmbərimizin qarşısına geçdimmi?

Bütün bu suallarla birlikdə ağlımıza müqəddəs kitabımız olan Qurani Kərimdəki o surə gəlir – HUCURAT Surəsi…

Siz, ey iman edənlər! Əsla Allahın və Rəsulunun önünə keçməyin və məsuliyyətli davranın. Çünki Allah hər şeyi eşidir, hər şeyi bilir! (Hucurat-1)

Siz, ey iman edənlər! Bir-biriniz haqqında pis zənnə qapılmaqdan yayının! Unutmayın ki, zənnin bir qismi belə böyük günahdır! Bir-birinizin gizli sirrini də əsla araşdırmayın və bir-birinizin qiybətini etməyin. Aranızda ölü qardaşının ətini yeməkdən xoşlanan biri varmı? Baxın, iyrəndiniz! Allah qarşısında məsuliyyətinizi dərk edin! Şübhəsiz, Allah tövbələri qəbul edəndir. (Hucurat-12)

Xeyirli və mübarək Ramazan ayını mənəvi şəkildə keçirmək üçün Hucurat surəsində Allah-Təalanın müsəlmanlara vermək istədiyi əsil mesajı müqəddəs kitabdan oxuyaraq mənən faydalanmağı sizə məsləhət görürük.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir