Uca Allah oruc haqqında buyurub::

“Ey iman gətirənlər! Sizdən əvvəlkilərə fərz qılındığı kimi oruc tutmaq sizə də fərz qılındı ki, bununla qorunasınız”.

“Bəqərə” surəsi, 2/183

Ramazan ayına görə kubokun vaxtı dəyişdirildi 

Ramazan ayı ilə bağlı Şimali Afrika ölkələrindən Afrika Futbol Konfederasiyasına müraciət olunub.

Afrika Millətlər Kubokunun vaxtı dəyişdirilib.

Din.az xəbər verir ki, bu barədə yarışın Təşkilat Komitəsindən “Frans-Press”ə bildirilib. Kubokun təqvimində dəyişikliyə Ramazan ayı səbəb olub.

Bir neçə Şimali Afrika ölkəsindən Afrika Futbol Konfederasiyasına müraciət olunub və Ramazan ayı zamanı oruc tutacaq futbolçuların yarışda çətinlik çəkəcəkləri bildirilib. Buna görə də turnir əvvəlcədən nəzərdə tutulduğu kimi 15 iyun – 13 iyulda deyil, 21 iyun – 19 iyulda keçiriləcək.

Xatırladaq ki, bu il Afrika Millətlər Kuboku Misirdə keçiriləcək.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...