"Cümə" surəsi, 62/9

“Ey iman gətirənlər! Cümə günü namaza çağırılanda Allahı yad etməyə tələsin və ticarəti dayandırın. Bilsəniz, bu sizin üçün nə qədər xeyirlidir!”

Ramazan ayında 330 fələstinli həbs edilib

Share Button

6 iyunda başlayan Ramazan ayından bu günə qədər İsrailin işğalçı qüvvələri 330 fələstinlini həbs edib

İsrail insan haqlarını pozmaqda davam edir. Fələstin Əsirlər Araşdırma Mərkəzinin yayımladığı məlumata görə, Ramazan ayının ilk günündən etibarən ən azı 330 fələstinli saxlanılıb.

“Din.az”ın “The Palestine Chronicle”a istinadən verdiyi xəbərə görə, həbs olunanlar arasında çoxlu sayda uşaq və qadın da var. Mövzu ilə bağlı açıqlama verən Riyad Əl-Əşgar, “İsrail əsgərləri Ramazan ayı boyunca qadınlar, uşaqlar, yaşlılar, xəstələr, keçmiş məhkumlar və Qəzza zolağındakı balıqçılar da daxil olmaqla yüzlərlə insanı həbs edib” deyə bildirib.

Daha əvvəl, fələstinli keçmiş məhkumlar və əsirlər komitəsi İsrail əsgərlərinin ötən ilin oktyabr ayında 5677 fələstinlini saxladığını açıqlayıb. Komitə bu xəbəri yayımlayaraq, fələstinliləri günlük olaraq həbsə göndərmək səbəbiylə israillin səlahiyyətli şəxsləri fələstinlilər arasında qorxu və çaxnaşma yayamaqla günahlandırıb.

Hal-hazıırda 7 mindən çox fələstinli İsrail həbsxanalarında saxlanılır və nəşr olunan hesabatlara görə, bunların bir çoxu “inzibati həbs” çərçivəsində həbsə məhkum edilənlərdir.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir