Uca Allah Buyurur:

Onlara: «Allahın endirdiyinə tabe olun» deyilsə, «Xeyr! Biz atalarımızı hansı yolda görmüşüksə, ona tabe olacağıq!» deyirlər. Bəs ataları ağıllarını bir şeyə işlətməmiş və düz yola da daxil olmamışdılarsa, yenə tabe olacaqlar?

Bəqərə surəsi, 170

RAMAZAN AYINDA ERMƏNİ İŞĞALINDAN AZAD OLUNAN TORPAQLARIMIZDA İLK DƏFƏ AZAN SƏSİ GƏLDİ

“Allah bizə zəfər bəxş etsin! Arzu edirəm ki, torpaqlarımız tezliklə azad olunsun”.

Din.az “Milli.Az”a istinadən bildirir ki, bunu “Təzəpir” məscidində bayram namazından sonra Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadə deyib.

A.Paşazadə qeyd edib: “Allah bizə zəfər bəxş etsin! Arzu edirəm ki, torpaqlarımız tezliklə azad olunsun, Qarabağ torpağında azan səsi gəlsin. Sevinirik ki, bu gün Azərbaycanda birlik və vəhdət var. Biz burada məzhəb ayrı-seçkiliyi etmədən bərabər namaz qıldıq, ibadət etdik. Bu, bizim dövlətimizin siyasətdir”.

Şeyxülislam bildirib: “Çox sevinirəm ki, sovet dövründə 17 məscidi olan dövlətdə indi 2 mindən artıq məscid fəaliyyət göstərir.

Böyük fərəhdir ki, Ramazan ayında erməni işğalından azad olunan torpaqlarımızda ilk dəfə azan səsi gəldi. Cocuq Mərcanlıda gözəl məscidin tikilməsi bizə ümid verir ki, tezliklə torpaqlarımız işaldan azad olunacaq”.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...