Uca Allah Buyurur:

Bəndəmizə (Muhəmmədə) hissə-hissə göndərdiyimizdən şübhəniz varsa, Allah ilə aranıza qoyduğunuz ulu adamlarınıza da yalvararaq ondakına bənzər bir surə gətirin! İddianızda haqlısınızsa, edərsiniz!

Bəqərə surəsi, 23

Ramazan ayında toy eləmək olarmı? – Ənənəvi sual

“Ramazan ayında toy etməyə icazə var”.

Müqəddəs Ramazan ayını yaşayırıq. Adətən Ramazan boyu müsəlmanlar oruc tutmağa, pis əməllərdən uzaq durmağa, oruc tutmasa da spirtli içki qəbul etməməyə çalışırlar. Beləliklə, mağazalarda, marketlərdə spirtli içkilərin satışı bir qədər zəifləyir.

Bu, həm də toy-nişan, yubiley və digər belə mərasimlərin keçirilməməsi ilə bağlıdır. Ramazan ayı şadlıq evləri və restoranların da fəaliyyətinə təsir göstərir. Bakıdakı bir sıra restoran və şadlıq evlərində Ramazan başa çatanadək toy mərasimləri keçirilmir. Bəzi istirahət və əyləncə mərkəzlərində isə ad günləri, yubileylər və digər əyləncəli tədbirlər iftardan sonraya salınır.

Bu da insanlar arasında daim müzakirə mövzusu olan bir sualı ortaya qoyur – Ramazanda toy etmək olarmı?

Dinşünas alimlər bildirirlər ki, Ramazan matəm ayı olmadığından toy mərasimləri keçirilə bilər, sadəcə, bəzi məqamlara diqqət etmək lazımdır. Bu il də Ramazan ayı yay aylarına təsadüf edir və iftar təxminən saat 20:14-dən sonra açılır. İftardan əvvəl isə insanları toya dəvət etmək məqbul sayılmır.

Din.az xəbərinə əsasən, dini ekspert Kənan Rövşənoğlu mövzu ilə bağlı qeyd edib ki, Ramazan ayında toy etməyə icazə var: “Ramazan ayında gündüz süfrə açmamaq şərti ilə toy etmək olar. Şeyxin fətvasında da var ki, Ramazan ayında toy, nişan və digər məclislərin keçirilməsi ilə bağlı qadağa yoxdur. Yalnız ümumi qaydaya əsasən, Ramazan günlərində, yəni gündüz saatlarında süfrə açmaq bəyənilmir. Bu səbəbdən mübarək ayda bu cür məclislərin yalnız axşam saatlarında, yəni iftardan sonra təşkil olunması tövsiyə olunur. Bu şərtlər təkcə toy yox, digər məclislərə də şamil edilir. Yas və ehsan mərasimlərində də süfrənin yalnız iftar vaxtı qurulması tövsiyə olunur. Ümumiyyətlə, Ramazan ayında məclis qurarkən, ya da mərasim təşkil edərkən oruc tutanları nəzərə almaq məsləhətdir”. / A24.az

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...