Uca Allah Buyurur:

İnsanlara yaxşı olmağı əmr edib özünüzü yaddan çıxarırsınız, eləmi? Bir də Kitabı oxuyursunuz. Heç ağlınızı işlədirsiniz?

Bəqərə surəsi, 44

Ramazan bayramı günlərində məscidlərə kitab paylanıldı

Məscidlərə 100-dək kitab hədiyyə olunub.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun əməkdaşları müqəddəs Ramazan bayramı günlərində ölkəmizin cənub bölgəsinin dindarları ilə görüşüb.

Din.az xəbər verir ki, Masallı rayonunun Hişkədərə kənd məscidində və Cəlilabad şəhər Cümə məscidində dindarlarla görüş keçirilib. Keçirilən görüşlərdə Komitənin şöbə müdiri Nahid Məmmədov və Fondun ölkədaxili layihələr sektorunun müdiri Hacı Abdulla milli-mənəvi, dini dəyərlərimizin, dini etiqad azadlığının qorunub saxlanması və inkişafına ümummilli lider Heydər Əliyevin göstərdiyi qayğının hazırda Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini, mükəmməl mexanizmə malik, uğurla həyata keçirilən dövlət siyasətinə çevrildiyini diqqətə çatdırıblar.

Dindarlar Prezident İlham Əliyevin Ramazan bayramı münasibətilə Azərbaycan xalqına təbrikini razılıq və minnətdarlıqla qarşıladıqlarını bildiriblər.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və Bilik Fondu adından məscidlərə 100-dək kitab hədiyyə olunub.

Bilik Fondunun sektor müdiri Hacı Abdulla AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, son üç ildə Azərbaycan Respublikası Prezidentinin Sərəncamları ilə elan edilmiş Multikulturalizm, İslam Həmrəyliyi və Azərbaycan Xalq Cümhuriyyəti illəri çərçivəsində AMEA, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, Qafqaz Müsəlmanları İdarəsi, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi ilə birlikdə bölgələrdə dini maarifləndirmə və milli-mənəvi dəyərlərin təbliği, həmçinin dini radikallığın, onu törədən səbəblərin aradan qaldırılması sahəsində aparılan genişmiqyaslı maarifçilik tədbirləri öz müsbət nəticəsini verib.

Prezident Administrasiyası rəhbərinin 2017-ci il 10 fevral tarixli Sərəncamı ilə təsdiq edilmiş Tədbirlər Planına müvafiq olaraq, məscid, kilsə və sinaqoqlara dini maarifçiliyi və dini həmrəyliyi, milli-mənəvi dəyərlərimizi təbliğ edən, azərbaycançılıq məfkurəsinin möhkəmlənməsinə xidmət edən iki mindən çox kitab da hədiyyə edilib. / Modern.az

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...