Uca Allah Buyurur:

Bəndəmizə (Muhəmmədə) hissə-hissə göndərdiyimizdən şübhəniz varsa, Allah ilə aranıza qoyduğunuz ulu adamlarınıza da yalvararaq ondakına bənzər bir surə gətirin! İddianızda haqlısınızsa, edərsiniz!

Bəqərə surəsi, 23

RAMAZAN BAYRAMINA AZ QALIB – 5 GÜN İŞ OLMAYACAQ

5 gün (24, 25, 26, 27 və 28 iyun) qeyri-iş günü olacaq.

Xəbər verdiyimiz kimi, Ramazan bayramı günlərində 5 gün iş olmayacaq.

Din.az “Qafqazinfo”ya xəbər verir ki, tətil günləri artıq gələn həftədən başlayır. Belə ki, bu il Ramazan bayramı və Silahlı Qüvvələr Günü üst-üstə düşdüyünə görə, qeyri-iş günlərinin sayı artacaq.

Nazirlər Kabinetinin təqviminə əsasən, iki bayram eyni günə təsadüf etdiyindən, iyunun 28-i, yəni çərşənbə günü də istirahət günüdür.

Beləliklə, hər iki bayram münasibəti ilə şənbə və bazar günləri də daxil olmaqla 5 gün (24, 25, 26, 27 və 28 iyun) qeyri-iş günü olacaq.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...