Uca Allah Buyurur:

İnsanlara yaxşı olmağı əmr edib özünüzü yaddan çıxarırsınız, eləmi? Bir də Kitabı oxuyursunuz. Heç ağlınızı işlədirsiniz?

Bəqərə surəsi, 44

RAMAZAN BAYRAMINA GÖRƏ TƏŞKİL EDİLƏN BAZARDA NARKOTİK MADDƏ SATDI

BAYRAM BAZARINDA NARKOTİK MADDƏ SATAN ŞƏXS SAXLANILDI.

Zaqatalada təşkil olunmuş bayram bazarında külli miqdarda narkotik vasitəni satmaq istəyən Şəki rayon sakini həbs edilib.

Din.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, iyunun 25-də Zaqatalanın Əliabad qəsəbəsi ərazisində, Yevlax-Zaqatala-Gürcüstan sərhəd magistral avtomobil yolunun kənarındakı Ramazan ayının sona çatması ilə bağlı təşkil edilmiş bayram bazarında 1958-ci il təvəllüdlü Şəki rayon İnçə kənd sakini Osman Rəcəb oğlu Salamov polis əməkdaşları tərəfindən şübhəli şəxs qismində saxlanılıb. Hal şahidlərinin iştirakı ilə onun əlindəki idman çantasına baxış zamanı çantanın içərisində narkotik vasitə hesab olunan 5 kq 565 qr qurudulmuş marixuana aşkar olunaraq götürülüb. Osman Salamov ilkin ifadəsində Qax rayon ərazisində yabanı halda bitmiş çətənə kolları bitkilərindən toplayaraq qurutduğu marixuananı gözünü müalicə etdirmək üçün satmaq istədiyini bildirib.

Faktla bağlı Zaqatala RPŞ-də CM-nin 234.4.3 maddəsi ilə cinayət işi başlayıb, istintaq aparılır.

MÜZAKİRƏ

Bir Cevap Yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Din.Az - yaradandan yaradılana...