Uca Allah Buyurur:

Bəndəmizə (Muhəmmədə) hissə-hissə göndərdiyimizdən şübhəniz varsa, Allah ilə aranıza qoyduğunuz ulu adamlarınıza da yalvararaq ondakına bənzər bir surə gətirin! İddianızda haqlısınızsa, edərsiniz!

Bəqərə surəsi, 23

Ramazan boyu yoxsullara yardım üçün 41 milyon ayrıldı – İbrətamiz…

Dünyanın 56 ölkəsində isə 200 min orucluq ziyafəti veriləcək.

200 min orucluq ziyafəti veriləcək…

Birləşmiş Ərəb Əmirliklərindəki “Şarji” xeyriyyə təşkilatı bu ilki Ramazan ayı boyu ölkədə və dünyada ehtiyac sahiblərinə yardım üçün 41 milyon (təxm. 11, 2 mln. dollar) dirhəm ayırıb.

Din.az Moderator.az-a istinadən xəbər verir ki, xeyriyyə fondunun baş katibi Abdullah Əl-Duxan 3 milyon dirhəmin yalnız 3000 ailənin yeməyi üçün ayrıldığını söyləyib. Yeməklər bütün əmirlik boyu 147 çadırda paylanacaq. Dünyanın 56 ölkəsində isə 200 min orucluq ziyafəti veriləcək. A.Duxan, həmçinin, BƏƏ-nin ehtiyac sahibi olan vətəndaşlarına sədəqə vermək üçün 15 milyon dirhəm ayırıb.

Qeyd edilir ki, təşkilat zəngin insanların ianələri sayəsində yoxsullara kömək edir.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...