Uca Allah Buyurur:

Bəndəmizə (Muhəmmədə) hissə-hissə göndərdiyimizdən şübhəniz varsa, Allah ilə aranıza qoyduğunuz ulu adamlarınıza da yalvararaq ondakına bənzər bir surə gətirin! İddianızda haqlısınızsa, edərsiniz!

Bəqərə surəsi, 23

Ramazan boyunca gündə 5 saatdan çox işləyənlərə əlavə maaş veriləcək

Normadan artıq işə görə əlavə əməkhaqqı …

Birləşmiş Ərəb Əmirliklərində bütün işçilər Ramazan ayı ərzində normadan çox işə görə əlavə əmək haqqı əldə etmək hüququna malikdirlər.

Din.az Moderator.az-a istinadən xəbər verir ki, bu haqda yerli mediaya İnsan Ehtiyatları və Əmirləşmə Nazirliyindən məlumat verilib. Ramazan ayında özəl müəssisə, idarə və şirkətlərin iş saatları iki saat azaldılır. Dövlət sektoru əməkdaşları Müqəddəs ay ərzində gündə beş saat işləyirlər. İşdə axşam saat 9-dək qalan işçilər əmək haqqının 25 faizi qədər, axşam saat 9.00-dan səhər 04.00-a qədər əlavə işləyənlər isə 50 faiz təzminat tələb edə bilərlər.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...