Uca Allah oruc haqqında buyurub::

“Ey iman gətirənlər! Sizdən əvvəlkilərə fərz qılındığı kimi oruc tutmaq sizə də fərz qılındı ki, bununla qorunasınız”.

“Bəqərə” surəsi, 2/183

Ramazan gəldi, xurma bahalaşdı: 300 manata satılanı da var

Xurma – kiloqramı 200-300 manatdan…

Ramazan ayı ərəfəsində Azərbaycanın quru meyvə bazarında xurma bahalaşıb.

İranda xurmanın birdən-birə 6-7 dəfə bahalaşmasından sonra (1 kiloqramı 300-350 rial – təxminən 7,14-8 dollar olub) bu ölkədən həmin meyvənin ixracının qadağan edilməsi Azərbaycan bazarına təsir göstərib. Hazırda bazarda İrandan gətirilən “paçka xurması” kimi tanınan, karton qutulara qablaşdırılmış 500 qramlıq xurma 2 manat 80 qəpik – 3 manata satılır. İranın məşhur “Piyarəm”, “Məzafəti” , “Zahidi” xurmalarının qiymətində təxminən 2-3 manat artım var. Ramazanda oruc tutanların, bir qayda olaraq, iftarı xurma ilə açdıqlarından təlabatın artacağı, buna görə də, bahalaşmanın davam edəcəyi gözlənilir.

Azərbaycana İranla yanaşı, Tunis, BƏƏ, İordaniya, İsrail və bir neçə ərəb ölkəsindən xurma gətirilir. Hazırda bazarda İran xurmalarının qiyməti növünə görə 6-10 manat arasında dəyişir. Tunisdən gətirilən 350 qramlıq qablaşdırılmadakı “Tunis xurması” 3 manat 80 qəpiyə, Dubaydan gətirilən xurma növünə görə 14-28 manata, İsraildən gətirilən xurma 29-35 manata, İordaniya xurması 23-27 manata təklif edilir. Ən bahalı xurma isə Mədinədən gətirilən, “Peyğəmbər xurması” kimi tanınan acvə xurmasıdır, hansı ki, paytaxtın yalnız bir neçə mağazasında satılır. / Qaynarinfo.az

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...