"Cümə" surəsi, 62/9

“Ey iman gətirənlər! Cümə günü namaza çağırılanda Allahı yad etməyə tələsin və ticarəti dayandırın. Bilsəniz, bu sizin üçün nə qədər xeyirlidir!”

“Ramazan gələn kimi hamının xəstəliyi ortaya çıxır”

Share Button

İctimai Fikir Akademiyasında Ramazan müzakirələri…

İctimai Fikir Akademiyası (İFA) “Ramazan ayının məqsədi və oruc tutmağın fəziləti” mövzusunda növbəti ictimai müzakirəsini keçirib. Tədbirin eksperti ilahiyyatçı Elşad Miri olub. 

“Ramazan gələn kimi “xəstə”lənirlər”

“Din.az” “cebhe.info”ya istinadən xəbər verir ki, Elşad Miri çıxışında bildirib ki, bir çox insanlar oruc tutmamaq üçün müxtəlif bəhanələr gətirirlər: “Sanki Ramazan ayı gələn kimi həkimlər diaqnoz qoyurmuş kimi onların mədə-bağırsaq və digər “xəstəlikləri” ortaya çıxır. Ayrı vaxtı soruşanda öz sağlamlıqlarıyla qürurlanırlar. Təəssüflər olsun ki, biz Ramazanı yeyib-içmək kimi qələmə veririk. Halbuki, Ramazan “Quran” ayıdır. Bu “Quran”ın nazil olduğu, gəldiyi yox, gəlməyə başladığı aydır. Yəni, “Quran” bu ayda gəlməyə başlayıb və sonrakı aylarda davam edib. Ramazan “Quran”ın gəlməsini təntənəli şəkildə qarşılayıb, həmin minvalla sürdürmək ayıdır. Ramazanın mahiyyəti budur. Peyğəmbərin bu barədə hədisi var, deyir ki, elə oruc tutmayın ki, sizə aclıq və susuzluq qalsın. Məsələn, bəziləri bunu pəhriz olaraq görür. Lakin, oruc pəhriz deyil. Pəhrizin öz qaydaları var. Pəhrizdə gün ərzində yemək yeyilir.

“Məhəmməd peyğəmbər özündən yenilik gətirmədi”

Orucluğun tibbi tərəfinə gəlincə, Elşad Miri qeyd edib ki, bu gün Azərbaycanda orta hesabla 17 saat oruc tutulursa, bu vaxt ərzində həmin orqanlar öz missiyalarını dayandırıb dincəlirlər: “Yəni, oruc orqanizm üçün daha faydalıdır, nəinki digər vasitələr. “Qurani-Kərim”in “Bəqərə” surəsində Allah buyurur ki, “Sizdən əvvəlkilərə yazıldığı kimi (əmr edildiyi kimi, buyrulduğu kimi) sizə də əmr edirəm”. Məhəmməd peyğəmbər özündən heç bir yenilik gətirmədi. Əvvəlki peyğəmbərlərin dediklərini təkrarladı. Peyğəmbərlərin hamısı buyurduqlarını açıqlayıblar. Allah “Qurani-Kərim”də buyurur ki, əgər sən Allahın göndərdiklərini insanlara çatdırmasaydın, Allah sənin şah damarından tutub məhv edərdi, heç kəs buna görə də sənə kömək edə bilməzdi.

“Bəziləri də yatırlar”

Bütün dinlərdə oruc anlayışının olduğunu deyən ilahiyyatçının sözlərinə görə, fərqli şəkillərdə günümüzədək gəlib çatan dinlərin hamısında oruc var: “Pravoslavlarda, yəhudilərdə, katoliklərdə oruc mövcuddur. Həmin oruc bizimkindən fərqlidir, daha qatıdır. Bu 24 saat orucdur. İnduizmdə 25 saat oruc anlayışı var. Sadəcə olaraq, bəzi dinlər bunu dəyişdirirlər. Bəzilərinə görə, qidadan imtina edirlər, bəziləri də vegeterianlığa uyğun formada bunu həyata keçirirlər. Normal olaraq, hər kəsin qəbul etdiyi odur ki, müəyyən məsələlərdən uzaq olmalıdırlar. Uzaq qalmaq sadəcə qidalanma ilə bağlı deyil, bəziləri də yatırlar. Deyirlər ki, əgər Ramazan ayını yatmaqla keçirərsənsə, bunun savabını da yuxuda qazanarsan. Yəni, bunun mükafatı yuxuda verilər. Demirəm, heç kəs yatmasın. Müəyyən bir formada insan istirahət etməlidir. İnsanlar var ki, bu ay gələndə işdən məzuniyyət götürürlər. İstirahət adı altında bu ayı daha yaxşı keçirirlər. Bir sıra ərəb ölkələrində ibadət edənlər, dövlət işində işləməyənlər günortanı daha çox yatmaqla keçirməyə çalışırlar. Həmin ayı gecəyə keçirirlər ki, daha çox ibadət etmək imkanı qazansınlar”.

“Oruc qalxandır”

Elşad Miri bildirib ki, Ramazan ayı sonrakı 11 ayın planı və proqramıdır: “Oruc tutmaq insanı bütün mənfiliklərdən, günahlardan saxlamaq mənasını verir. Əgər biz orucu pəhriz üçün tuturuqsa, bu, oruc deyil, yalnış yanaşmadır. Bu zaman orucun heç bir əhəmiyyəti olmur. Biz bunu Allahın əmri olduğu üçün edirik. Biz oruc tutarkən, ibadət edərkən peyğəmbərin meyarlarına istinad etməliyik ki, o, bunu hansı formada edib. Peyğəmbər orucun qalxan olduğunu deyir. Qalxan bizi necə təhlükələrdən qoruyursa, oruc da bizi elə qoruyur. Yəni, Ramazan bizi qoruyan bir aydır. Biz bunu düzgün şəkildə dəyərləndirdiyimiz halda, daha doğru oruc tutmuş olarıq. Oruc tutarkən mahiyyətini dərk etməliyik ki, biz bunu Allahın razılığını qazanmaq üçün tuturuq”.

13315701_1370338312983526_643408219131452495_n

13417516_1370338372983520_3692135133285293134_n

13442357_1370338366316854_4663164437558218860_n

13419202_1370338319650192_9143457327716483633_n

13240017_1370338316316859_4972089039852136642_n

13450090_1370338362983521_8494431018874936306_n

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir