Uca Allah Buyurur:

Onlara: «Allahın endirdiyinə tabe olun» deyilsə, «Xeyr! Biz atalarımızı hansı yolda görmüşüksə, ona tabe olacağıq!» deyirlər. Bəs ataları ağıllarını bir şeyə işlətməmiş və düz yola da daxil olmamışdılarsa, yenə tabe olacaqlar?

Bəqərə surəsi, 170

Vəhy, insanlığın əbədi qurtuluşunun reseptidir – VİDEO

“Quran, xətm kitabı deyil, həyat kitabıdır”

Ramazan, Türkiyənin məşhur ilahiyyatçı alimi Mustafa İslamoğlunun deyimi ilə “İllik bir baxım mövsümüdür”.

Allah insanla həmsöhbət oldu və vəhy göndərdi. Vəhy, insanlığın əbədi qurtuluşunun resepti idi. Bu ilahi resept Muhəmmədül Əminə enəcəkdi və onu Aləmlərə Rəhmət qılacaqdı. İlahi vəhyin endiyi gecəni Qədir gecəsi edəcək və min aydan xeyirli bir gecə olacaqdı. İnsanı fitrət dininə çağıran ilahi vəhyin endiyi ay isə 11 ayın sultanı Ramazan olacaqdı.

Ramazan, bir cümlə ilə Quran ayıdır. Quranın endiyi ay olan Ramazan bütün möminlər üçün bir fürsət və rəhmətə vəsilədir. Quranın insan ilə görüşməsini təmsil edən Ramazan, Quran şüurunun ən zirvədə olması gərəkdiyi bir aydır.

Quran şüuru, müsəlmanların təsəvvürünü, ağlını və şəxsiyyətini meydana gətirən ən əhəmiyyətli ünsürdür. İlk əmr olan “İkra” – “Oxu” xitabına əməl etməkdir. Ramazan Quranın doğum ayıdır, mübarəkdir və mübarək edər.

Möminlər dəyərlərini Qurandan alır. O bir nəsihətdir, qəlblərə şəfadır, açıq-aşkardır, qurtuluşa vəsilədir. Quran oxumaq Allahın xitabına həmsöhbət olmaqdır. Quran həmsöhbətinin həyatına birbaşa təsir edər. Ona görə də Quran, xətm kitabı deyil, həyat kitabıdır.

İnsan, həyat yolunun əvvəlində, ortasında və axırında Quran ilə yeriyərsə, əbədi səadətə qovuşar. Ramazan bu əbədi səadət yolunda insana təqdim edilmiş çox böyük bir fürsətdir. Ramazan, hər gəldiyində xoş gəlir. Amma bəzən möminləri yerində xoş tapmaz.

Ramazan bu il də parçalanmış, əzilmiş və halı pərişan olan müsəlmanlara xoş gələcək. Fəqət onları xoş tapacaqmı bilinmir. Duamız isə, bu ilki Ramazan yeni dirilişin və oyanışın fitilini alovlandırsın.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...