Uca Allah Buyurur:

Onlara: «Allahın endirdiyinə tabe olun» deyilsə, «Xeyr! Biz atalarımızı hansı yolda görmüşüksə, ona tabe olacağıq!» deyirlər. Bəs ataları ağıllarını bir şeyə işlətməmiş və düz yola da daxil olmamışdılarsa, yenə tabe olacaqlar?

Bəqərə surəsi, 170

Ramazan QURANın gəlməyə başladığı aydır

Quran Ramazan ayında insanlara göndərilməyə başlanıb

“Oruc”” sözü lüğətdə nədənsə uzaqlaşmaq, nədənsə özünü qorumaq mənalarına gəlir.  Oruc ibadəti İslamdan əvvəlki dinlərdə də mövcud olub.

Ramazan orucu hicrətin ikinci ilinin şaban ayında, qiblənin Kəbə istiqamətinə çevrilməsindən 1,5 il sonra müsəlmanlara əmr edildi.

Peyğəmbərimiz (s) və müsəlmanlar əvvəllərlər də oruc tuturdular. Allahın əmri bu ayələrlə gəldi və müsəlmanlara bir ay müddətində oruc tutmaq fərz qılındı:

“Ey iman gətirənlər! Sizdən əvvəlkilərə fərz qılındığı kimi oruc tutmaq sizə də fərz qılındı ki, bununla qorunasınız” (“Bəqərə” surəsi, 2/183); “Sizlərdən Ramazan ayını görən o gün oruc tutsun!” (“Bəqərə” surəsi, 2/185).

İlahiyyatçı Elşad Mirinin Ramazan ayı və oruc haqqında hazırladığı videonu diqqətinizə çatdırırıq:

 

MÜZAKİRƏ

Bir Cevap Yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Din.Az - yaradandan yaradılana...