Uca Allah Buyurur:

Bəndəmizə (Muhəmmədə) hissə-hissə göndərdiyimizdən şübhəniz varsa, Allah ilə aranıza qoyduğunuz ulu adamlarınıza da yalvararaq ondakına bənzər bir surə gətirin! İddianızda haqlısınızsa, edərsiniz!

Bəqərə surəsi, 23

Ramazanda ağız qoxusuna çarə – Bitki çayı

Saraçoğlundan dəyərli məsləhətlər …

Ramazan ayında oruc tutan insanlar ağız qoxusundan şikayət edirlər.

Din.az bildirir ki, tanınmış türkiyəli professor İbrahim Saraçoğlunun bu günlərdə ağız qoxusunun qarşısını almaq üçün təbii bitki çayını məsləhət bilib. Həmin çayın hazırlanması üçün bir çay qaşığı adaçayı və bir stəkan xlorsuz su lazımdır.

Hazırlanması…

Əvvəlcə suyu qaynadın. Adaçayını qaynadılmış su içərisinə atıb 15 dəqiqə dəmləyin.

Professor Saraçoğlu bildirib ki, ağız qoxusunun qarşısını alan bu çayla imsakdan sonra bircə dəfə qarqara etmək kifayətdir. Ramazandan sonra adi günlərdə isə bir ay ərzində hər axşam və günorta yeməyindən sonra 200 ml bu çaydan içmək olar.

Qeyd edək ki, dəmlənmiş çayı 48 saatdan çox saxlamaq olmaz.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...