Uca Allah oruc haqqında buyurub::

“Ey iman gətirənlər! Sizdən əvvəlkilərə fərz qılındığı kimi oruc tutmaq sizə də fərz qılındı ki, bununla qorunasınız”.

“Bəqərə” surəsi, 2/183

Ramazanda ağız qoxusunu təbii vasitələrlə aradan qaldırın

Ağız qoxusundan necə xilas olmaq olar?

Ağız qoxusu bir çox insanları narahat edən problemdir.
Din.az xəbər verir ki, bu həsaslıq Oruc tutan insanlarda özünü daha aktiv göstərir. Bir çox xəstəlik və narahatlıqlarda olduğu kimi ağız qoxununda da təbii vasitələrin köməkliyindən istifadə edə bilərsiniz.
Lazım olan ləvazimatlar:
Rozmari çiçəkləri,

İsti su,
Bir ədəd limon

isti suyun içinə ilk olaraq rozmari çiçəklərini, daha sonra isə bir limonu dilimləyərək əlavə edin. 20 dəqiqə dəmlənməsi üçün gözləyin, daha sonra süzün və bir qədər də gözlədikdən sonra aç qarnına və yeməkdən sonra bir fincan içə bilərsiniz.

Bir digər tovsiyyə isə ağız qarqaralarıdır:
Cəfəri,
Mavi rəngli bənövşə gülü,
Nanə ruhu
Bənövşə gülü ilə cəfəri bir qədər suda 10 dəqiqə qaynadılır. Daha sonra isə süzülür. Yeməkdən əvvəl və sonra qarqara edin. Faydasını görəcəksiniz

Qeyd edək ki, bu tövsiyyələr mədə-bağırsaq, qurd xəstəliyi kimi problemi olmayan şəxslər üçün nəzərdə tutulur. Xəstəliklərlə əlaqəli olan ağız qoxusunda isə mütləq həkimə müraciyət etmək lazımdır.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...