Uca Allah Buyurur:

İnsanlara yaxşı olmağı əmr edib özünüzü yaddan çıxarırsınız, eləmi? Bir də Kitabı oxuyursunuz. Heç ağlınızı işlədirsiniz?

Bəqərə surəsi, 44

Ramazanda gündüz yuxusu sağlamlığı gücləndirir

Günortadan sonra 1-2 saatlıq yuxu orqanizm üçün olduqca sakitləşdirici təsir göstərir.

Mütəxəssislər Ramazan ayında iki saatlıq gündüz yuxusunun orqanizm üçün çox xeyirli olduğunu bildirirlər.

Din.az Türkiyənin “muslimport.com” saytına istinadən xəbər verir ki, Ramazan boyu günörta vaxtı, yaxud günortadan sonra 1-2 saatlıq yuxu orqanizm üçün olduqca sakitləşdiricidir. Mütəxəssislərin fikrincə, Ramazan boyu gündüz yuxusu orqanizmin su və elektrolit itkisinin qarşısını alır, metabolizmin uzunmüddətli aclıqdan daha az zərər çəkməsinə səbəb olur.

Günorta saatlarında, yaxud günortadan sonra iki saatlıq yuxu, olduqca rahatlaşdırıcıdır, orqanizmdəki bütün gərginliyi aradan qaldırır.

Günorta yatanlarda infarkt riski də yarı-yarıya azalır. Çünki yuxuda bədənlə birgə ruhi sakitlik də baş verir. İnsan fiziki baxımdan yuxusuzluğa dözə bilər, amma ruhi baxımdan buna dözmək mümkün deyildir.

Ruhi gərginlik orqanizmdə zərərli hormonların ifraz olunmasına səbəb olur, bu isə infarktın yaranmasına şərait yaradır.

Əgər həftə ərzində gündüz yata bilmirsinizsə, ən azı həftənin sonunda yatmağa diqqət edilməlidir.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...