Uca Allah Buyurur:

Onlara: «Allahın endirdiyinə tabe olun» deyilsə, «Xeyr! Biz atalarımızı hansı yolda görmüşüksə, ona tabe olacağıq!» deyirlər. Bəs ataları ağıllarını bir şeyə işlətməmiş və düz yola da daxil olmamışdılarsa, yenə tabe olacaqlar?

Bəqərə surəsi, 170

Ramazanda hansı ölkədə orucu neçə saat tuturlar

Oruc tutmaq İslam dininə görə, müsəlmana vacib buyurulmuş beş əməldən biridir.

Müqəddəs Ramazan ayında dünyanın ayrı-ayrı ölkələrində orucu sutkanın müxtəlif saatlarında və müxtəlif zaman fərqi ilə tuturlar.

Ramazan ayında oruc tutmaq İslam dininə görə, müsəlmana vacib buyurulmuş beş əməldən biridir. Bu ilki orucluq ayının yarısı artıq arxada qalıb. Lakin orucun davametmə müddəti, imsaqla iftar arasındakı vaxt hər bir ölkənin yerləşdiyi saat qurşağından asılı olaraq fərqlidir. Ən uzun müddət orucu İslandiyada yaşayan inanclı insanlar saxlayır. Onlarda bu müddət 22 saatadək davam edir. Avstraliya müsəlmanları üçünsə oruc tutmaq üçün 10 saata yaxın vaxt kifayət edir.

Din.az bildirir ki, hansı ölkədə oruc vaxtının nə qədər davam etdiyi barədə Sputnik Azərbaycan-ın infoqrafikasından ətraflı öyrənə bilərsiz.

 

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...